Ey Vətən!
Qələbəyə yol açan millətim var,elim var.
Çox əsrlik,Sudan saf Azərbaycan dilim var.
Qurbanam xalqımın adına,qeyrətinə,
Türk adını daşıyan şərəfli millətinə.
Neçə igid övladın sipər oldu canıyla
Bayrağına al rəngi boyadıqları qanıyla
Qarabağım azaddır vətənimə can olub
Bu yolda neçə oğul Vətənə qurban olub
Sən şanım şöhrətimsən vüqarımsan Ey Vətən,
Sadiqliyim,əbədi ilqarımsan Ey Vətən
Sənə ana demişəm əbədi cənnətimsən
Məşəl tək bu qəlbimdə yanan Məhəbbətimsən.
Səndən doyamq olarmı Sən həyatın özüsən.
Əbədi bir məşəlin yanan Odu,közüsən.
Fəxr edirəm elim var,Azərbaycan adında
Abidin yaşayırsan varlığında canında.
“Uğur Group İnşaat”MMC Azərbaycan xalıqını müqəddəs Ramazan və Novruz bayramı münasibətilə təbrik edir,bolluq bərəkət uzun ömür can sağlıqı arzulayır.
Hörmətlə:”Uğur Group İnşaat”MMC-nin təsiscisi və direktoru Abid Əsədov.