• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xeyirli əməllər carçısı - Mehriban xanım Əliyeva

Cəmiyyət

23-08-2024, 12:00


Bu bir gerçəklikdir, Heydər Əliyev Fondu yarandığı ilk vaxtlardan insanların ümid yerinə çevrilib. Fondun rəhbəri kimi Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın yerinə yetirdiyi ictimai missiya, Milli Məclisin üzvü statusunda formalaşdırdığı millət vəkilliyi örnəyi, təşkilatçılıq qabiliyyəti, problemləri çevik həll etmək əzmi, insanları anlamaq, onların sevincini də, qayğısını da hiss etmək fəhmi onu hamıya doğmalaşdırdı. Ona görə də Azərbaycan vətəndaşları Mehriban xanım Əliyevanı dövlətin ali kürsülərində görməyi arzulayırdılar.
Azərbaycan Prezidenti 21 fevral 2017-ci il tarixli sərəncamı ilə vətəndaşlarımızın bu arzusunu reallaşdırdı. Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi vətəndaşlarda əminlik və özgüvən hissini daha da gücləndirdi. Bu təyinat ölkənin idarəetmə sistemində mütərəqqi irəliləyişlərin yeni vüsət alacağının, dövlət-vətəndaş münasibətlərində bürokratik baryerlərin tamamilə aradan qalxacağının müjdəsi idi.
İllərdir ki, Azərbaycan cəmiyyəti və dünya Mehriban xanım Əliyevanı uşaq evlərindəki, internat məktəblərindəki kimsəsiz körpələrin, qocalar evlərindəki ahılların doğma hamisi kimi tanıyır, sonsuz rəğbət bəsləyir. Dövlətimizin bu sahələrlə bağlı həmişə sosial proqramları olub, bu proqramlar ardıcıl şəkildə yerinə yetirilib. Birinci xanım Mehriban Əliyevanın yaratdığı fərq isə odur ki, o, dövlətə sığınmış kimsəsiz körpələrlə, ahıllarla bağlı proqramları hər hansı inzibati iş, dövləti vəzifəsi kimi həyata keçirməyib, bu yerlərin sakinlərinə doğma ana, doğma övlad kimi yanaşıb, onlara sahib çıxıb, öz məqsədyönlü fəaliyyətilə dövlət-vətəndaş münasibətlərini daha da yaxınlaşdırıb, vətəndaşın öz dövlətinə inam və güvənini hər gün daha da artırıb.

Mehriban Əliyevanın rəhbərliyi ilə dövlətimizin səhiyyə sahəsindəki sosial proqramları da xüsusi diqqətlə, hər bir detal nəzərə alınmaqla ciddi nəzarət altında və müasir tələblərə uyğun səviyyədə həyata keçirilib, sosial və səhiyyə xidmətləri vətəndaşlarımız üçün getdikcə daha əlçatan olur. Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü və birbaşa təşkilatçılığı ilə həyata keçirilən əhəmiyyətli layihələr, Bakıda yaradılmış müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları hər il minlərlə vətəndaşımızın həyatını xilas edir.
Bir neçə il öncə bütün dünyanı bürümüş koronavirus pandemiyasının ağır təhlükələr törətdiyi, insanların sağlamlığı üçün qapanmaların zəruri olduğu günlərdə Mehriban xanım Əliyevanın cəmiyyətimizə narahatlıq mesajlarını, çağırışlarını və bu addımların yaratdığı ictimai rəğbəti hamımız yaxşı xatırlayırıq.

Öz fəaliyyətində milli maraqları əsas tutan hər bir siyasətçinin ən vacib missiyası, ən böyük uğuru bilavasitə onun təmsil etdiyi ölkəsi və xalqı ilə bağlı olur. Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də məhz bu rakursdan xüsusi diqqət çəkir. Mehriban Əliyeva həmişə cəmiyyəti narahat edən, dövlətimiz və xalqımız üçün müstəsna əhəmiyyət daşıyan məsələlərin həlli üçün çalışır və buna nail olur. O, başladığı və gördüyü bütün işlərdə qətiyyət, prinsipiallıq, xalqına və Vətəninə sonsuz məhəbbət nümayiş etdirir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial məsələlərin həllinə daim xüsusi diqqət göstərir. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. Diqqətini əsasən sosial məsələlərin, xüsusilə də əhalinin həssas qruplarının problemlərinin həlli üzərində cəmləşdirən Mehriban Əliyevanın Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bu müstəvidə xüsusi vurğulanmalıdır. Bəhs olunan müşavirədə müvafiq qurumlar qarşısında görüləcək işlərlə bağlı konkret vəzifələr müəyyənləşdirən Mehriban Əliyeva yeni mənzillərin, yeni binaların tikilməsi və inşa olunan binaların keyfiyyət standartlarına tam cavab verməsi ilə bağlı göstəriş verdi. İlkin mərhələdə dörd min köçkün ailəsinin yeni mənzillə, həmçinin iş yerləri ilə təmin edilməsi qərara alındı. Qısa müddətdə Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün 1026 mənzildən ibarət müasir yaşayış kompleksinin tikintisinə başlanıldı, qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinə Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillər verildi, iş adamlarının prosesə cəlb olunması ilə bir çox ailə yeni inşa edilmiş tam təmirli mənzillərə köçürüldü, eyni zamanda, məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə digər rayon və qəsəbələrdə yeni binaların istifadəyə verilməsi istiqamətində məqsədyönlü və davamlı addımlar atıldı.
Mehriban Əliyeva xeyirxah əməllər carçısıdır. 2023-cü ilin fevral ayında qardaş Türkiyədə baş verən və Azərbaycan xalqını da sarsıdan zəlzələdən zərər çəkmiş insanlara yardım zərurətinin yarandığı anlarda da onu ön sıralarda gördük. Zəlzələdən dərhal sonra Mehriban xanımın təşkilatçılığı, yaxından iştirakı ilə yardım dolu təyyarələr, yük maşınları Türkiyəyə göndərildi, onun təşəbbüsü ilə respublikamızdakı vətəndaş cəmiyyəti institutlarının qardaş ölkəyə sistemli, mütəşəkkil dəstəyi təmin olundu.
Yarandığı ilk gündən Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüslərinin iştirakçısı kimi bu layihələrə qoşulduğuma görə bir vətəndaş, Allah adamı, xeyriyyəçi kimi mən həmişə fəxarət hissi keçirmişəm. Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində öz şəxsi vəsaitim hesabına inşa olunan 5 nömrəli internat məktəbinin, əsaslı təmir olunan 1 nömrəli internat məktəbinin, Masallı şəhərinin Təzəkənd kəndində, Şamaxı şəhərində tikilmiş məktəblərin açılış mərasimlərində Mehriban xanım Əliyevanın şəxsən iştirakı həmin müəssisələrin xidmətindən faydalanacaq uşaqları, onların müəllimlərini, valideynlərini son dərəcə sevindirib, böyük rəğbətlə qarşılanıb.
Avqustun 26-sı Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ad günüdür. Bu əlamətdar gün münasibəti ilə çox hörmətli Mehriban xanımı səmimi qəlbdən təbrik edir, nəcib və xeyirxah amallara söykənən çoxşaxəli fəaliyyətində ona böyük nailiyyətlər və uğurlar arzulayıram.

Gülağa Tənha,
Şair-publisist

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

23-08-2024, 09:05

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər

Gündəm / Siyasət

8-08-2024, 10:25

Mehriban Əliyeva Qaşım Maqomedovun Olimpiadada gümüş medal qazanması ilə bağlı paylaşım edib

İdman

30-07-2024, 11:50

İlham Əliyev və Mehriban Əliyeva Hidayət Heydərova zəng ediblər

Siyasət

11-05-2024, 19:35

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər

Siyasət

24-02-2024, 19:34

Xocalı şəhidlərinin qisası alındı

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • 13-03-2026, 16:56
    Gəncə Şəhər Məhkəməsində ədalətli qərar
  • 13-03-2026, 16:54
    “Uğur Group İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 13-03-2026, 16:51
    “Uğur Gorup İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 4-03-2026, 02:30
    Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır
  • 28-02-2026, 18:17
    XİN Azərbaycan vətəndaşlarına müraciət edib: İsrailə səfər etməkdən çəkinin
  • 26-02-2026, 21:52
    26Fevral-Tarixin Qanli Səhifəsi
  • 23-02-2026, 06:46
    Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
  • 20-02-2026, 14:29
    Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 18-02-2026, 01:07
    UEFA Çempionlar Liqası: “Qalatasaray” “Yuventus”u böyük hesabla məğlub edib
  • 18-02-2026, 01:02
    Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
  • 16-02-2026, 14:57
    Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
  • 16-02-2026, 14:54
    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
  • 14-02-2026, 13:44
    Prezident İlham Əliyev Münxendə Azərbaycan mediasına müsahibə verib - VİDEO
  • 14-02-2026, 13:39
    Azərbaycan Prezidenti: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq
  • 6-02-2026, 13:33
    Azərbaycan Respublikasinin prezidenti cənab İlham Əliyevə
  • 3-02-2026, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • 3-02-2026, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə