2024-cü il üçün birgə tədbirlər planına əsasən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində olublar.
Hərbi hissənin ərazisindəki əsgər yataqxanası, yeməkxana, anbar və digər obyektlərə baxış keçirən nümayəndə heyəti burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar. Həmçinin qonaqlar tibb məntəqəsində tibb xidmətinin təşkili ilə maraqlanıblar.
Sonra aparatın nümayəndələri hərbi qulluqçularla görüşüb, onların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda mühazirələrlə çıxış ediblər.
Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.