• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Əqli Mülkiyyət Agentliyi aprel ayını “Əqli mülkiyyət aylığı” elan etmişdir

Cəmiyyət

2-04-2024, 12:55

Əqli mülkiyyət hüquqlarının qorunması, müdafiəsi və təminatı sahəsində Agentlik tərəfindən kompleks tədbirlər həyata keçirilir. Hər il 23 Aprel- Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Əqli mülkiyyətin aktual məsələlərinə dair çoxsaylı kitab və broşurların nəşri, Agentliyin dəstəyi ilə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “Əqli Mülkiyyət Hüququ” və Azərbaycan Memarlıq və İnşaat Universitetində “Əqli Mülkiyyət” kafedralarının yaradılması, yerli və nüfuzlu xarici jurnallarda Agentliyin nümayəndəsinin əqli mülkiyyətin idarəçiliyi sahəsində Azərbaycan təcrübəsindən bəhs edən məqalələrinin dərci, əqli mülkiyyətin aktual problemlərinə həsr olunan milli və beynəlxalq tədbirlərdə etdiyi təqdimat, məruzə və çıxışlar dəyərli elmi mənbələr olmaqla yanaşı, cəmiyyətdə əqli mülkiyyət mədəniyyətinin formalaşmasında da əhəmiyyətli rol oynayır.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) müasir çağırışlara cavab verən milli əqli mülkiyyət ofislərinin yaradılmasına aid təlimatların hazırlanması məqsədilə dünya üzrə 204 ofis arasından seçdiyi 15 ölkənin mükəmməl idarəetmə strukturuna və inzibatçılıq mexanizmlərinə malik olan ofislər sırasına Azərbaycan Əqli Mülkiyyət Agentliyini də daxil edib. Bununla əlaqədar ÜƏMT apardığı “Əqli mülkiyyət idarəetməsi və inzibatçılığı modelləri” mövzusunda tədqiqatda əks olunması üçün onlayn sorğu vasitəsilə 15 suala cavab əldə edib. Avrasiya Patent Təşkilatı (APT) isə əqli mülkiyyət sahəsində Azərbaycanın müsbət təcrübəsini nəzərə alaraq “Müasir əqli mülkiyyət ofisinin formalaşması və fəaliyyəti” mövzusunda geniş prezentasiya və məqalə sifariş edərək, onu Moskvada nəşr olunan tanınmış peşəkar “Əqli mülkiyyət: Sənaye mülkiyyəti” jurnalının xüsusi buraxılışında (2023, № 5) dərc etdirmişdir. Avrasiya Patent Təşkilatının rəhbəri tərəfindən ölkəmizin təcrübəsindən geniş istifadə etmək tövsiyə olunmuşdur.
Bir neçə ildir ki, sənaye mülkiyyəti obyektlərininpatentləşdirilməsi və qeydiyyatı üçün iddia sənədlərinin qəbulu Agentlikdə yaradılan 7/24 rejimində fəaliyyət göstərən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi vasitəsilə həyata keçirilir. PƏNAH-ın tətbiqi ixtiraçılar və biznes subyektləri arasında böyük məmnunluq doğurmuş, iddiaçı ilə iddia sənədinin ekspertizasını aparan və bu sahədə xidmət göstərən digər şəxslər arasında canlı təması aradan qaldırmış, “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi əsasında operativlik və şəffaflıq təmin edilmişdir.
MDB məkanında ilk olaraq ixtira, faydalı model və sənaye nümunələrinə dair iddia sənədlərinin 3D formatında qəbuluna başlanılmışdır.
Şəffaflığın və məlumatlara əlçatanlığın təmin olunması sahəsində növbəti addım olaraq Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri – ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair “açıq reyestr”lərin yaradılmasına başlanılmışdır. Hər kəs “açıq reyestr”ə maneəsiz və ödəniş etmədən daxil ola, o cümlədən patent almaq istəyən şəxs onun sənaye mülkiyyəti obyektinə uyğun milli qeydiyyatların olub-olmaması barədə məlumatı əvvəlcədən öyrənə biləcək.
İlkin mərhələdə patentlə mühafizə olunan ixtira və faydalı modellərə dair biblioqrafik məlumatlar bazası toplanmış və ictimaiyyətin istifadəsinə verilmişdir. Növbəti mərhələdə isə əmtəə nişanlarının qeydiyyatı haqqında məlumatları əhatə edən “açıq reyestr”in iddiaçıların və digər maraqlı şəxslərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Həyata keçirilən tədbirlər nəticəsində ixtiralar üzrə iddia sənədlərinin ekspertiza müddəti ümumi qaydaya görə 12 ay təşkil etdiyi halda orta hesabla 8-9 aya, əmtəə nişanlarının ekspertizası isə beynəlxalq təcrübədə nəzərdə tutulan 6-8 ay əvəzinə 3-4 aya endirilmişdir.
2023-cü ildə qeydiyyatdan keçirilmiş 386 müəllifə (hüquq sahibinə) məxsus 713 əsərdən (2022-ci illə müqayisədə 20% çox) 626-ı “Elektron xidmət” bölməsi vasitəsilə qeydiyyata alınmışdır ki, bu da 2022-ci illə müqayisədə 73% çoxdur.
23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü ərəfəsində əqli mülkiyyət mədəniyyətinin gücləndirilməsi və cəmiyyətin ayrı-ayrı təbəqələrinin diqqətinin əqli mülkiyyətə cəlb edilməsi məqsədilə “Əqli Mülkiyyət aylığı” elan edilmiş və müvafiq əmr imzalanmışdır.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

4-04-2024, 14:14

“Müəlliflik hüququ və əlaqəli hüquqlar” mövzusunda təlim keçirilib

Cəmiyyət

14-03-2024, 16:42

Əqli Mülkiyyət Agentliyinin əməkdaşı qış məktəbi çərçivəsində təlim keçib

Cəmiyyət

11-03-2024, 11:18

Əsərlərin qeydiyyatına maraq artır

Cəmiyyət

28-02-2024, 13:24

Əqli Mülkiyyət Agentliyində “Açıq reyestr” fəaliyyətə başlayıb

Cəmiyyət

23-02-2024, 15:45

“Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi yenidən Əqli Mülkiyyət Agentliyində akkreditasiyadan keçib

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • 13-03-2026, 16:56
    Gəncə Şəhər Məhkəməsində ədalətli qərar
  • 13-03-2026, 16:54
    “Uğur Group İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 13-03-2026, 16:51
    “Uğur Gorup İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 4-03-2026, 02:30
    Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır
  • 28-02-2026, 18:17
    XİN Azərbaycan vətəndaşlarına müraciət edib: İsrailə səfər etməkdən çəkinin
  • 26-02-2026, 21:52
    26Fevral-Tarixin Qanli Səhifəsi
  • 23-02-2026, 06:46
    Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
  • 20-02-2026, 14:29
    Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 18-02-2026, 01:07
    UEFA Çempionlar Liqası: “Qalatasaray” “Yuventus”u böyük hesabla məğlub edib
  • 18-02-2026, 01:02
    Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
  • 16-02-2026, 14:57
    Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
  • 16-02-2026, 14:54
    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
  • 14-02-2026, 13:44
    Prezident İlham Əliyev Münxendə Azərbaycan mediasına müsahibə verib - VİDEO
  • 14-02-2026, 13:39
    Azərbaycan Prezidenti: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq
  • 6-02-2026, 13:33
    Azərbaycan Respublikasinin prezidenti cənab İlham Əliyevə
  • 3-02-2026, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • 3-02-2026, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə