Nepalın paytaxtı Katmanduda Tribhuvan hava limanında göyərtəsində 19 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.
“Kathmandu Press”ə istinadla xəbər verilir ki, qəza uçuş-enmə zolağından qalxarkən baş verib. Təyyarə “Sourya Airlines” aviaşirkətinə məxsus olub.
Hava limanının mətbuat xidmətinin nümayəndəsi Qyanendra Bhulaya bildirib ki, təyyarədə aviaşirkətin texniki işçiləri olub.
Qəza ölkənin əhali sayına görə ikinci şəhəri olan Poxaraya uçuş zamanı baş verib.