Liviyanın Qeyri-qanuni Miqrasiyaya Nəzarət Departamenti 700-dən çox qeyri-qanuni miqrantı öz ölkələrinə - Niger və Misirə deportasiya edib.
Bu barədə departamentin təhlükəsizlik məsələləri bölməsi açıqlama yayıb. Bildirilib ki, Liviyadan miqrantların deportasiyası davam edəcək.
Xatırladaq ki, ölkənin daxili işlər naziri Emad əl-Tarabelsinin iyulun əvvəlində yaydığı məlumata görə, Liviyada olan xarici vətəndaşların sayı 2,5 milyondur və onların əksəriyyəti Liviya sərhədlərini giriş vizası olmadan keçib.