Bu ilin yeddi ayı ərzində Türkiyənin 51 vilayətində ixracat rəqəmlərində artım müşahidə edilib. Vilayətlərin 20-dən edilən ixracatlardan əldə edilən gəlir 1 milyard dolları ötüb.
Bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, İstanbul 6 milyard 586 milyon dollarla ən çox ixracat həyata keçirən şəhər olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz çoxdur. İstanbuldan dünya bazarına ən çox ixrac edilən məhsullar arasında qiymətli-yarı qiymətli daşlar, məişət texnikası, trikotaj geyim və aksesuarlardır.
Siyahının ikinci və üçüncü pilləsində isə 2 milyard 296 milyon dollar və ya 2,5 faiz azalma ilə Kocaeli, 1 milyard 808 milyon dollar və ya 1,05 faiz artımla İzmir yer alıb.
Statistikaya görə, Türkiyədən ən çox məhsul Böyük Britaniya, Almaniya, ABŞ, Sloveniya və Niderlanda ixrac edilib.