ABŞ və Britaniya hərbi hava qüvvələri Yəməndəki husilərin “Ənsar Allah” hərəkatının hədəflərinə azı 9 zərbə endirib.
Bu barədə üsyançıların nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ və Britaniya aviasiyası Yəmənin qərbindəki Amran əyalətinin Harf Süfyan bölgəsinə azı 7 zərbə endirib. Ərəb ölkəsinin şimal-qərbindəki Saada əyalətinin Əl-Safra bölgəsindəki Əl-Rahba qəsəbəsi iki hava hücumuna məruz qalıb.
Zərərçəkən və ya yaralananlar barədə məlumat verilmir.