İsrail ordusu Qəzza zolağında yerləşən "Əş-Şifa" xəstəxanasında 3 milyon dollara yaxın pul aşkarladığını açıqlayıb.
Bu barədə İsrail ordusunun "Telegram" kanalında məlumat paylaşılıb.
Məlumata görə, aşkarlanan vəsait dollar və İordaniya dinarından ibarət olub.
401-ci briqadanın qüvvələrinin 162-ci diviziyanın komandanlığı altında İsrail Təhlükəsizlik Təşkilatı (ISA) ilə birlikdə xəstəxana əməliyyatı davam etdirdiyi bildirilib.
Qeyd edək ki, martın 18-də İsrail ordusu "Əş Şifa" xəstəxanasında hərbi əməliyyat keçirib.