Bu gün "XEBERGLOBALTV.AZ" veb saytının çəkiliş qrupu Binəqədi rayon Xocahəsən qəsəbəsi Çiçek Yeni Yaşayış sahəsində olmuşlar. Yerli sakinlərin dediyinə əsasən bu ərazidə onlarla şəhid və qazı ailələri yaşayır. Yaxınlıqdaki yaşayış məntəqələri su və kanalizasiya sistemləri ilə təchiz olunsa da Çiçek Yeni Yaşayış sahəsində yaşayan sakinlər bu imkanlardan məhrum yaşamağa məcbur qalıblar. Yaşayış sahəsi gözardı edilecek qədər kiçik bir ərazi olmamaqla 550 ailəyə ev sahibliyi edir.
Sakinlər dəfələrlə AzerSu ASC-yə müraciət etsələr də müxtəlif bəhanələrlə onların tələbləri yerinə yetirilmişdir. Bu ailələrinsə taleyinə göstərilən biganəlik bizi heyrətə salmaqda davam edirdi. Axı cənab Müzəffər Ali Baş Komandan əhalinin rifahı üçün dəfələrlə məmurlara və aidiyyəti qurumlara göstərişlərini lazımi səviyyədə verir və hələ də verməkdə davam edir. Bizsə "XEBERGLOBALTV.AZ" ailəsi olaraq buna biganə qala bilməyib AzerSu ASC-nin mətbuat rəhbəri Anar Cəbrayıllı ilə əlaqəyə keçdik. Çox hörmətli Anar müəllim isə bizə bildirdi ki, yaxın günlərdə bu məsələ tezliklə öz həllini tapacaq.