• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bu gün akademik Rəfiqə Əliyevanın doğum günüdür

Gündəm / Cəmiyyət

20-09-2024, 10:51

Ömrünü kimya elminin inkişafına və kimyaçı alimlərin yeni nəslinin yetişməsinə həsr etmiş akademik Rəfiqə Əliyevanın anadan olmasından 92 il ötür. Görkəmli alimin xatirəsi və xidmətləri bu gün ehtiramla anılır. Yetirmələri arasında 20-dən çox elmlər namizədi və elmlər doktoru var.
Rəfiqə Əlirza qızı Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində, xalqımıza Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmiş ailədə doğulub.
Ali təhsilini 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində alıb. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlayıb. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Analitik kimya kafedrasında analitik kimya ixtisası üzrə aspiranturaya qəbul olub. 1964-cü ildən ömrünün sonuna qədər Analitik kimya kafedrasında işləyib və assistent, baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə analitik kimya ixtisası üzrə “Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik, 1999-cu ildə isə “d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlif liqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1999-cu ildə professor elmi adını alıb və Analitik kimya kafedrasının professoru vəzifəsində çalışıb. 2001-ci ildən ömrünün sonunadək BDU-da onun təşəbbüsü ilə yaradılmış Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının müdiri işləyib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademikdir.
Onun rəhbərliyi ilə Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşlarının “Analitik kimyanın əsasları” (iki cilddə) və “Analitik kimyadan məsələ və suallar” kitabları Azərbaycan dilinə tərcümə edilib. Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrində müəllim, elmi işçi və doktorantların inkişafında mühüm rol oynayıb.
Akademik Rəfiqə Əliyeva Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlərin yerinə yetirilməsinə rəhbərlik edib. Həmin işlər nəticəsində Bakı Dövlət Universiteti böyük miqdarda mənfəət götürüb. Təsərrüfat müqavilələrinin nəticələrinə əsasən ətraf mühitin çirklənməsi qiymətləndirilib, zərərli və ağır metalların qatılaşdırılaraq ayrılmasının yeni, ucuz və iqtisadi cəhətdən əlverişli metodları işlənib hazırlanıb.
Görkəmli alim Rəfiqə Əliyeva Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D 02.011 şifrli dissertasiya müdafiə şurasının sədr müavini, universitetin və Kimya fakültəsinin elmi şuralarının üzvü olub. O, tələbəlik illəri də daxil olmaqla ömrünün 70 ilə yaxın bir dövrünü universitetə həsr edib.
Akademik Rəfiqə Əliyeva böyük bir nəslin ən parlaq nümayəndələrindən biri idi. Həmin nəsil Azərbaycan tarixində dövlətçiliyimizin təməlini qoymuş, onu dünyanın müasir dövlətləri sırasına çıxarmışdır. Bu nəslin qurub-yaratmaq, xeyirxahlıq etmək kimi ən gözəl keyfiyyətlərini özündə birləşdirən, daxilən təvazökar, zəngin mənəvi keyfiyyətlərə malik olan Rəfiqə Əliyeva tələbələrin böyük himayədarı idi.
Görkəmli alimin elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən də layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə o, 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. Akademik Y.Məmmədəliyev adına mükafatın laureatı olub. 2000-ci ildə akademik Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib, 2003-2004-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) fəxri fərmanı ilə təltif olunub. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına, “Ekologiya” və “Ümumi ekologiya” adlı dərs vəsaitləri isə Təhsil Nazirliyinin təsis etdiyi Həsən Əliyev adına mükafata layiq görülüb.
2018-ci ildə “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.
Tanınmış elm xadimləri Rəfiqə xanım Əliyevanı ehtiramla xatırlayırlar. Alimin müasirləri qeyd edirlər ki, Rəfiqə Əliyeva elmlə təhsilin vəhdətini yaradan unudulmaz şəxsiyyətlərdən biridir. Onu kimyaçı alim kimi səciyyələndirən başlıca xüsusiyyətlərdən biri elmi axtarışlarını kimya elminin mühüm mərhələ və problemlərinə həsr etməsidir. Rəfiqə xanımın gözəl pedaqoq olması danılmaz faktdır. O, özünün zəngin alimlik təcrübəsindən çıxış edərək kimya fənninin əsaslarını universitet tələbələrinə tədris edir, yeni-yeni elmi və pedaqoji kadrların hazırlanmasında var qüvvəsini əsirgəmirdi. Rəfiqə xanım Əliyeva elmi fəaliyyətlə yanaşı, ictimai-siyasi proseslərdə də aktiv iştirak edib. O, müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından biri olub. Elə buna görə də Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri seçilib.
Rəfiqə xanım həm də həssas həyat yoldaşı və qayğıkeş ana olub.
Əməkdar İncəsənət Xadimi dosent Fəxriyyə Xələfova anasını belə xatırlayır: “Rəfiqə xanım Əliyeva, sözün əsl mənasında, nəcib insan, gözəl ana və sevimli müəllim idi. O, yüzlərlə tələbəsinin qəlbində, şüurunda əbədi iz qoyan pedaqoq olub. Ömrünü və fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlamasına baxmayaraq, Rəfiqə xanım hər zaman Azərbaycan Milli Elmlər Akademiyası ilə də sıx əməkdaşlıq edib, maraqlı araşdırmalar aparıb. Akademik Rəfiqə Əliyeva həm də yüksək intellekt sahibi idi. Azərbaycan ziyalılığının mükəmməl mücəssəməsi olan Rəfiqə xanım, eyni zamanda, ölkəmizin ictimai-siyasi həyatında fəal vətəndaş mövqeyi ilə seçilirdi. O, humanist təbiəti, təmkini ilə seçilən, nurlu təbəssümü üzündən əskik olmayan bir şəxsiyyət, sözün əsl mənasında, müəllimlər müəllimi idi.
Rəfiqə xanım ana, nənə və həyat yoldaşı kimi əvəzsiz bir insan olub. Görkəmli dövlət xadimi, mərhum Rafiq Xələfovun həyat yoldaşı olaraq onun qazandığı uğurlara dərin səmimiyyətlə sevinirdi. Təbiilik Rəfiqə xanımın xarakterinə xas idi və bu da əməkdaşları ilə münasibətində dərhal özünü hiss etdirirdi. Həmişə sadə adamlarla oturub-durmağı xoşlayardı, özünü heç kimdən üstün tutmazdı. Geyimi də sadə, ancaq zərif və zövqlü olardı.
O, dissertasiya müdafiələrində özünün sərrast mühakimələri, xeyirxahlığı, obyektivliyi ilə yaddaşlarda qalıb. Rəfiqə xanım Azərbaycan kimya elmində məktəb yaradıb və 85 illik ömür yolunu ləyaqətlə başa vurub”.
Professor Sevinc Hacıyeva da anası ilə bağlı xatirələrini bölüşür: “Mən, bacım və qardaşım anamızın hədsiz məhəbbəti və qayğısı ilə əhatə olunmuşduq. Amma, eyni zamanda, o, həm özünə, həm də bizə qarşı çox tələbkar idi. Həyatımızın əsas müəllimi də anamız Rəfiqə xanım olub. Bizim üçümüz də həyatdakı uğurlarımıza və cəmiyyətdə tutduğumuz mövqeyə görə valideynlərimizə borcluyuq. Ailəmizin gündəlik qayğıları anamızın üzərinə düşmüşdü və o, bu vəzifəni də çox məharətlə yerinə yetirirdi. Valideynlərimiz özlərinin şəxsi nümunələrində bizə həyatın bütün mənəvi dəyərlərini öyrədirdilər, səhvimizi ustalıqla düzəldirdilər, yaxşımızı-pisimizi də dəqiq qiymətləndirirdilər.
Bu mənada elə əsl məktəb bizim öz evimizdə olub və bu məktəbdə bizim həm məsləhətçimiz, həm də müəllimimiz anamız Rəfiqə xanım idi.
Mənim ixtisas seçimimdə anamın müstəsna rolu olub və fəxr edirəm ki, Rəfiqə xanımın yolunu davam etdirirəm. Bu çətin və keşməkeşli yolda - istər universitetdə təhsil aldığım zaman, istərsə də sonrakı elmi fəaliyyətimdə anamın dəstəyini həmişə hiss etmişəm. Bu dəstək çox dəyərli tövsiyələrdə və Rəfiqə xanımın mənə göstərdiyi istiqamətdə öz əksini tapırdı. Təsadüfi deyil ki, mən də anamın təşəbbüsü ilə yaradılan, aktual və perspektivli ekoloji kimya sahəsində fəaliyyətimi davam etdirirəm.
Anam Azərbaycan tarixində müstəsna xidmətləri olan böyük bir nəslin parlaq nümayəndələrindən idi. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev kimi dahi insanın bacısı olmaq Rəfiqə xanım üçün həm böyük fəxr və şərəf, həm də məsuliyyət idi. Anam ömrü boyu bu yüksək adı uca tutmağa çalışırdı.
O, ən gözəl keyfiyyətləri özündə birləşdirən bir şəxsiyyət, qürurlu və məğrur, ədalətli və prinsipial, sədaqətli və dürüst, eyni zamanda, olduqca təvazökar, səmimi və mehriban bir insan idi. Bütün bu keyfiyyətlər Rəfiqə xanımın ailədə atamız Rafiq Xələfovla münasibətlərində də öz ifadəsini tapırdı. Onlar bir-birini tamamlayırdılar və bunun nəticəsində çox gözəl bir ailə nümunəsi yaranmışdı. Biz övladlar üçün belə bir ailədə böyümək və formalaşmaq ən böyük xoşbəxtlikdir...”
Həyatının mənasını elmə, vətənə xidmət etməkdə görən, kimyaçıların yeni nəslinin yetişməsində əvəzsiz rolu olan akademik Rəfiqə Əliyevanın əziz xatirəsi həmkarlarının və tələbələrinin qəlbində həmişə yaşayacaq.

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

19-09-2024, 11:01

Bu gün şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür

Gündəm / Siyasət

26-08-2024, 11:15

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Cəmiyyət

3-08-2024, 12:51

Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiyası İnstitutu arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb

Cəmiyyət

29-04-2024, 11:33

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü

Cəmiyyət

11-04-2024, 12:23

Azərbaycanın 2 universiteti dünya reytinqində

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • Dün, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • Dün, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
  • 26-11-2025, 16:15
    Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM
  • 25-11-2025, 16:55
    GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
  • 22-11-2025, 21:56
    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 22-11-2025, 09:49
    22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI KİMİ QEYD EDİLİR
  • 21-11-2025, 15:42
    ƏDLİYYƏ İŞÇİLƏRİ 107 İLLİK PEŞƏ BAYRAMINI QEYD EDİR.
  • 21-11-2025, 14:43
    Prezidentin III Bakı Təhlükəsizlik Forumuna müraciəti və tədbirin Bəyannaməsi BMT sənədləri kimi yayılıb
  • 19-11-2025, 16:14
    Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi başlayıb
  • 18-11-2025, 22:09
    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib
  • 15-11-2025, 19:24
    Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - YENİLƏNİB
  • 15-11-2025, 19:12
    Erkən nigaha “Yox” – Uşaqların gələcəyi üçün vacib çağırış
  • 14-11-2025, 21:33
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 13-11-2025, 14:03
    Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
  • 12-11-2025, 16:53
    Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib - FOTO
  • 12-11-2025, 15:05
    Prezident İlham Əliyev: Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər
  • 12-11-2025, 14:58
    Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə