• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

8 Noyabr – Zəfər Günü

Gündəm / Siyasət

8-11-2024, 11:53

Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi 44 gün davam edib və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atması ilə nəticələnib. Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan 20 faiz torpaqlarının azad olunması ilə nəticələnən bu Qələbə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Qırx dörd gün ərzində Azərbaycan Ordusu tərəfindən 300-dən çox kənd, qəsəbə və şəhər, o cümlədən Şuşa işğaldan azad edilib. İkinci Qarabağ müharibəsində Azərbaycanın 3 minə yaxın hərbi qulluqçusu, təqribən 93 mülki şəxs şəhid olub, minlərlə əsgər, zabit və dinc sakin yaralanıb.
Qələbənin üç ilinin tamamında – 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Bu əməliyyat təxminən 23 saat davam edib və Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələnib.
Dörd ildir Azərbaycan xalqı onun üçün mədəniyyət, milli irs və qürur mənbəyi olan Şuşanın işğaldan azad edildiyi tarixi – 8 Noyabrı Zəfər Günü kimi qeyd edir. Ötən dövr ərzində iki ölkə arasında aparılan sülh danışıqları bu gün də davam etdirilir. Belə ki, müxtəlif platformalarda davam etdirilən danışıqlardan ən önəmlisi bu il oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində XVI BRICS Sammiti əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş olub. Görüşdə tərəflər sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
Qeyd edək ki, 30 ilə yaxın müddətdə işğal altında qalan Azərbaycan ərazilərində genişmiqyaslı dağıntılar törədilib. 20 mindən çox insan qətlə yetirilib, 50 mindən artıq adam yaralanıb və sağlamlıq imkanları məhdudlaşıb. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olan bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib, fundamental insan hüquqlarından məhrum edilib.
İşğal nəticəsində Azərbaycanın 900-dən artıq yaşayış məntəqəsi talanıb, yandırılıb və dağıdılıb, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilib, ümumi sahəsi 9 milyon kvadratmetrdən artıq olan 150 min yaşayış binası dağıdılıb, 4366 sosial-mədəni obyekt, həmçinin 695 tibb ocağı məhv edilib. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tamamilə sıradan çıxarılıb.
Hərbi təcavüz zamanı işğal edilmiş Azərbaycan ərazilərində yüzlərlə kitabxana, tarix və mədəniyyət abidəsi, onlarla muzey, dövlət teatrı və konsert müəssisələri dağıdılıb. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat Ermənistana daşınıb. Qarabağda və Şərqi Zəngəzurda mövcud olan onlarla məscid dağıdılıb, ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib, qəbiristanlıqlar yerlə-yeksan olunub. Bunlardan başqa, meşələr və təbii ehtiyatlar talan edilib, qiymətli ağaclar kəsilib və qanunsuz şəkildə satılıb.
Artıq dörd ildir ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır, minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdır, burada həyat canlanır.
Lakin işğal dövründə ərazilərin minalanması bərpa və yenidənqurma prosesində ciddi maneədir. Bugünkü reallıqdan çıxış edərək əminliklə söyləmək mümkündür ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri dünyada ən çox mina basdırılan ərazilər siyahısında öncül yerlərdən birini tutur. Hazırki tədqiqatlara əsasən, işğaldan azad edilmiş ərazilərdə 11 min 667 kvadrat kilometr sahə mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənməyə məruz qalıb. İlkin hesablamalara əsasən, həmin ərazilərdə təxminən 1,5 milyona yaxın mina basdırılıb. 2020-ci il noyabrın 10-dan etibarən bu günə qədər keçmiş təmas xəttində 77, təmas xəttindən kənarda 151, ümumilikdə isə 228 mina hadisəsi baş verib. 2020-ci ildən bəri 381 nəfər minaya düşüb, onlardan 70-i həlak olub. Həlak olanların arasında hərbçilər, mülki şəxslər və minatəmizləmə mütəxəssisləri də var. Son 30 ildə isə Azərbaycanda mina qurbanlarının ümumi sayı 3400 nəfərdən çoxdur. Dörd ildir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və digər beynəlxalq təşkilatlar tərəfindən minatəmizləmə əməliyyatları aparılır. Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin doğruluq dərəcəsi isə cəmi 25 faizdir, bu da minatəmizləmə işlərini xeyli çətinləşdirir. İkinci Qarabağ müharibəsindən ötən dövrdə 172 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. 172, 288 hektar ərazi mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib. Təmizləmə işlərinin bitməsi isə uzun illər tələb edə bilər.
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Hökuməti tərəfindən böyük bərpa-quruculuq işlərinə başlanılıb və artıq müxtəlif yerlərdə yeni infrastruktur istifadəyə verilib. Zəngilanın Ağalı kəndi ilk “ağıllı kənd” olaraq inşa edilib və keçmiş məcburi köçkünlər burada məskunlaşıb. Azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən bu günədək 8810 nəfər keçmiş məcburi köçkün doğma yurduna köçürülüb. Qarabağda və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan keçmiş məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Belə ki, hazırda bu bölgədə aparılan çoxşaxəli bərpa-quruculuq işlərinin miqyası işğaldan azad olunmuş ərazilərdə məskunlaşmanın qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün yolların, tunellərin, yaşayış məntəqələrin, sənaye müəssisələrinin tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Hazırda təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində, daha 500 nəfəri isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Bu o deməkdir ki, işğaldan azad edilmiş ərazilərdə hazırda təqribən 30 min insan məskunlaşıb.
Bir sözlə, dağıntılar və mina problemi ilə üzləşən Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı inkişafının təmin olunması, mədəni irsinin qorunması məqsədilə genişmiqyaslı və sistemli işlər aparır, eyni zamanda, regionda sülhün və sabitliyin təmin edilməsinə böyük töhfələr verir.

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

8-11-2024, 11:48

DİN-də Zəfər Gününə həsr olunmuş təntənəli mərasim olub

Gündəm / Siyasət

27-09-2024, 11:44

27 Sentyabr - Vətən müharibəsinin başladığı gün və Anım Günüdür

Gündəm / Siyasət

20-09-2024, 11:03

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Gündəm / Siyasət

20-09-2024, 11:00

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Gündəm / Siyasət

19-09-2024, 11:11

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib - SƏRƏNCAM

Yazarlar
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub
“Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb
“Nizami Gəncəvi İran ədəbiyyatşünaslığında (1920-1990)” monoqrafiyası nəşr edilib
Yazıçı-publisist Şamil Fərzəliyevin doğum günüdür
Hadisə
3-07-2025, 12:05
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb
30-06-2025, 13:39
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
25-06-2025, 17:03
Polis bu qadını axtarır, görənlər xəbər etsin
19-06-2025, 12:00
Taleh Qaraşova sui-qəsd hazırlayana AĞIR CƏZA
18-06-2025, 11:48
Bakıda tanınmış rəssamın damarları kəsilmiş meyiti tapıldı
10-06-2025, 11:04
Ötən gün 26 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - DİN
Son xəbərlər
  • 4-07-2025, 22:43
    Ictimaətin nəzərinə çatdırmaq istəyirik ki...
  • 3-07-2025, 12:10
    Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
  • 3-07-2025, 12:07
    Xalq artisti İslam Rzayevin anadan olmasının 90 illiyi qeyd edilib
  • 3-07-2025, 12:05
    Sabunçuda narkotiklərin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb
  • 2-07-2025, 14:00
    Ədliyye naziri Fərid Əhmədovun yeni təyinatı
  • 2-07-2025, 11:47
    Özbəkistan mediası: Daşkənd və Bakı çağırışlar dövrünün müttəfiqləridir
  • 2-07-2025, 11:45
    Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb
  • 2-07-2025, 11:43
    Tahir Gözelin “Green Tech”də Özbəkistanın kənd təsərrüfatı naziri ilə görüşü olub
  • 2-07-2025, 11:41
    AzMİU-nun yaradılmasının 50-ci ilində “Məzun günü” keçirilib
  • 1-07-2025, 11:07
    ÜST: Dünyada hər saat 100 insan tənhalıq səbəbindən vəfat edir
  • 1-07-2025, 11:03
    Hindistanda kimyəvi zavodda baş verən partlayışda ölənlərin sayı 34 nəfərə çatıb
  • 1-07-2025, 11:01
    BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı İspaniyada öz işinə başlayıb
  • 1-07-2025, 10:56
    Parlamentlərarası Forumun iştirakçıları Xivə şəhərində bir sıra tarixi-mədəni abidələrlə tanış olublar
  • 30-06-2025, 13:41
    Mərakeş parlamentariləri Ulu Öndərin məzarını ziyarət ediblər
  • 30-06-2025, 13:39
    Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
  • 30-06-2025, 13:36
    Azərbaycan gimnastları Polşada gümüş medallar qazanıblar
  • 30-06-2025, 13:28
    Rusiya ilə müharibədən əziyyət çəkən sadə odessalılar - REPORTAJ
  • 29-06-2025, 11:55
    Rusiyada azərbaycanlıların öldürülməsinə RƏSMİ REAKSİYA
  • 29-06-2025, 11:53
    "Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
  • 29-06-2025, 11:49
    Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir
  • 29-06-2025, 11:47
    Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
  • 26-06-2025, 14:42
    "Hüquq elmində yenilik- 18.06.2025-ci il tarixdə OMBUDSMAN əməkdaşlarının iştirakı ilə 9 saylı cəzaçəkmə müəssisəsində məhkum Rauf Rəhimovun Qanunlar Toplusu kitabının təqdimatı keçirildi "
  • 26-06-2025, 10:39
    Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 25-06-2025, 17:06
    Prezident İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb
  • 25-06-2025, 17:03
    Polis bu qadını axtarır, görənlər xəbər etsin
  • 25-06-2025, 16:57
    Kevin Medina: Xankəndiyə gəlmədən öncə bu cür heyrətamiz şəhərlə qarşılaşacağımı düşünməzdim
  • 25-06-2025, 16:54
    Özbəkistan Prezidenti ticarət marşrutlarının şaxələndirilməsi göstərişini verib
  • 24-06-2025, 23:26
    Elmar Əliyev kimdir?
  • 23-06-2025, 14:16
    Prezident İlham Əliyev Yevlaxda Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
  • 23-06-2025, 14:12
    Toğrul Əliyev: Süni intellektdən istifadə model risklərinin idarə edilməsində müəyyən narahatlıqlar yaradır
  • 23-06-2025, 14:08
    Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib
  • 23-06-2025, 14:06
    İsrail İranın altı hava limanına zərbələr endirib
  • 23-06-2025, 14:04
    İyunun 23-ü Beynəlxalq Olimpiya Günüdür
  • 21-06-2025, 09:46
    ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİNİN HAKİMİ PƏRVİZ HACIYEVİN JURNALİST ORXAN ƏHMƏDOV BARƏSİNDƏ ƏDALƏTLİ QƏRAR ÇIXARACAĞINA İNANIRIQ
  • 19-06-2025, 12:05
    Kanada vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə