Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu ilin fevral-mart aylarında Yasamal rayonu ərazisində paytaxt sakini olan bir qadının 144.000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ə.Ələsgərov, O.Əliyev və T.Paşayev müəyyən olunaraq saxlanılıblar.
Sumqayıt şəhərində bir nəfər şəxsin 500 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Mirzəyev, digər bir nəfərin isə 900 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən N.Qurbanzadə və F.Əmirov saxlanılıblar.
Hər üç faktla bağlı araşdırma aparılır.