Bakıda ana və azyaşlı qızı itkin düşüb.
Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Bakı şəhər sakini F.Baloğlanov polisə müraciət edərək həyat yoldaşı 25 yaşlı F.Ə və 4 yaşlı qızı Z.F-nın itkin düşdüyünü bildirib.
Onların sonuncu dəfə Nizami rayonu R.Rüstəmov küçəsi 54 ünvanında yerləşən dayanacaqda görüldüyü, bundan sonra yoxa çıxdıqları bildirilir.
Hazırda polis ana və qızın tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.