Göyçayda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə Qarabaqqal kəndində baş verib. 22 yaşlı Cəlilov Tahir Elşən oğlu gecə saatlarında idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən əks istiqamətə çıxaraq, yol kənarında dayanan "Zil" markalı avtomobilə çırpılıb. Daha sonra isə kanala düşüb.
Faktla bağlı cinayət işi başlanıb.