Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.
Milli Serbiya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 8-də Hindistan, oktyabrın 9-da isə Çexiya ilə qarşılaşacaq.