Luis Felipe Skolari “Atletiko Mineyro” ilə yollarını ayırıb.
Tərəflər qarşılıqlı şəkildə əməkdaşlığa son qoyublar.
Təcrübəli mütəxəssis 2023-cü ilin yayından Mineyro klubuna başçılıq edib. Komanda onun rəhbərliyi ilə 41 oyun keçirib. “Ağ qaralar” 19 matçda qələbə qazanıb, 10 dəfə heç-heçə edib, 12 görüşdə uduzub. “Atletiko Mineyro” onun başçılığı ilə Braziliya A seriyasında 2023-cü il mövsümünü 3-cü pillədə başa vurub.
Qeyd edək ki, 75 yaşlı mütəxəssis “Çelsi”, Portuqaliya və Braziliya yığmalarında fəaliyyət göstərib.