Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyün “dondurulması” rejimi mövcud deyil.
Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Müvafiq sənədlərə baxsaq, görərik ki, KTMT-nin planında belə rejim mövcud deyil. Təmas saxlayacağıq, aydınlaşdıracağıq”, -deyə Peskov jurnalistlərə bildirib.
O əlavə edib ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı mövqeyi də hələ aydın deyil.
Bundan əvvələ Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, Ermənistan KTMT-də üzvlüyünü “dondurub”. Həmin təşkilatın bəyanatında isə bildirilib ki, üzvlüyün dayandırılması ilə bağlı İrəvandan heç bir müraciət daxil olmayıb.