Hollandiyanın baş məşqçisindən iyrənc hərəkətlər - VİDEO
İdman
18-06-2024, 12:48
“Avro-2024”də Hollandiya millisinin baş məşqçisi Ronald Kumanla bağlı maraqlı insident yaşanıb. Polşa ilə matçda baş məşqçinin barmağını burnunu yuxarı qaldırıb, sonra da ağzına qoyması kameralara tuş gəlib. Bu məqam tamaşaçılarda çaşqınlıq və ikrah hissi yaradıb. Müşahidəçi bunu çempionatın indiyədək “ən iyrənc anı” adlandırıb. Polşa ilə oyun gərgin keçib və Ronald Kuman komandasının nəticəsindən çox narahat olub. O, bütün oyunu meydanın kənarında keçirib, dəfələrlə oyunçuları əvəz etmək üçün ehtiyat oyunçular skamyasına gedib. Bir anlıq məşqçinin fikri oyuna o qədər qarışıb ki, onun hərəkətlərini lentə alan kameraları unudub. Bu zaman qeyri-adi hadisə baş verib. Hollandiya yığması Polşanı 2:1 hesabı ilə məğlub edib.