• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan iqtisadiyyatının inkişafında ARNDF-nin əvəzsiz rolu

İqtisadiyyat

16-07-2024, 15:18

Neft dünya iqtisadiyyatında strateji önəmə malik olan təbii sərvətlərdən biridir. Ölkələr üçün neftin mühüm rolu, enerji istehsalından maliyyələşməyə, dövlət büdcəsinin formalaşmasından infrastrukturların inkişafına qədər geniş bir spektrumda yayılır.
Azərbaycan dünyada qədim neft ölkəsi kimi tanınır. Ulu Öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatının dirçəlişini məhz neft amilində görürdü və uzaqgörən siyasəti ilə dünyanın məşhur neft şirkətlərini bu işə cəlb etmişdi. Bu strategiyanın təməlində isə bir ideya dururdu: neftdən əldə olunan bütün gəlirləri, eləcə də həm siyasi, həm də iqtisadi mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltmək. Məhz bu ideyaya söykənən siyasət nəticəsində Ulu Öndər ölkəmizin gələcəyi naminə “Yeni neft strategiyası”nı uğurla həyata keçirməyə başladı və bu siyasət Azərbaycanın neft tarixində yeni səhifə açdı.

“Əsrin müqaviləsi” - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli

1994-cü il sentyabrın 20-də yeni neft strategiyasının reallaşdırılmasında çox mühüm bir addım atıldı - Bakıda Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarındakı neftin birgə işlənməsi haqqında müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Bu saziş yeni sazişlərin imzalanmasına geniş yol açdı və ölkəyə böyük həcmdə gəlirlər gətirdi. Artan gəlirlər onların saxlanacağı və aktivlərin effektiv idarə olunacağı bir qurumun yaranmasını şərtləndirirdi. Nəticədə Ümummilli Lider Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edildi. ARDNF-nin əsasını neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi və bununla bağlı əldə olunan gəlirlərin toplanaraq səmərəli istifadə edilməsi, o cümlədən gələcək nəsillər üçün saxlanması təşkil edir. Fondun fəaliyyət məqsədi, həmçinin ölkədə makroiqtisadi sabitliyi təmin etmək, sosial-iqtisadi inkişafa nail olmaq, neft sektorundan asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafıdır. Bu mənada, ARDNF Ümummilli Lider tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir.

ARNDF tərəfindən maliyyələşdirilən layihələrin ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu

Cari ilin yanvar-iyun aylarında “Azəri-Çıraq-Günəşli” layihəsindən Dövlət Neft Fonduna 3 milyard 5,3 milyon dollar, “Şahdəniz” yatağı üzrə qazın satışından isə 244,069 milyon dollar daxil olub. O cümlədən 6 ayda Dövlət Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 60,784 milyon dollar təşkil edib. Neft Fondunun gəlirlərinin artması, ölkənin maliyyə vəziyyətinin yaxşılaşması, sosialyönümlü tədbirlərin həyata keçirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, maddi rifah halının yaxşılaşdırılması istiqamətində mühüm və davamlı addımların atılmasına imkan yaradıb. Fond hazırda sosial-iqtisadi, infrastruktur, elm və təhsil, mədəniyət, turizm və daha bir çox sahələrin mühüm layihələrini maliyyələşdirir ki, onların uğurlu icrası ölkənin hərtərəfli inkişafına xidmət edir.
Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 297,9 milyon manat sərf olunub və layihənin maliyyələşdirilməsi 2006-cı ildə başa çatıb. Bu kəmər vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam neftinin dünya bazarına çıxışı təmin edilib.
Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması - 2001-ci ildən başlayaraq ARDNF Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə 2 milyard 702,7 milyon manat vəsait ayırıb. Bu vəsaitlər hesabına qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin tikintisi işləri də həyata keçirilib.
Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi, Samur-Abşeron suvarma kanalının rekonstruksiya edilməsi layihəri - 2006-cı ildən başlayaraq neft gəlirlərinin bir hissəsi, eyni zamanda, su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilir və fondun maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərinin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından paytaxta su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur. Bu layihələrin reallaşması neft strategiyasının məntiqi davamı kimi qəbul edilir. Neft Fondunun büdcəsi çərçivəsində bu layihələrə ümumilikdə 2 milyard 249,2 milyon manat vəsait yönəldilərək tamamlanıb.
“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsi - Neft Fondu Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 748,6 milyon manat ayırıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir.

Təhsil üzrə layihələr - Neft Fondu tərəfindən təhsil üzrə bir çox layihələr də (Xaricdə təhsil üzrə Dövlət Proqramı, 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı, Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı) həyata keçirilir. Bu proqramların icrası sayəsində Azərbaycanda müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsillərinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranır.
Bunlardan başqa, Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinə 1,53 milyard manat, Türkiyədə “Star” neft emalı kompleksinin tikintisinə 1,66 milyard manat, Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsinə 90 milyon manat, Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikinti layihəsinə isə 904,6 milyon dollar sərf edib. Həmçinin 25 illik fəaliyyəti dövründə Neft Fondu dövlət büdcəsinə transfertləri 146,3 milyard manatı, Mərkəzi Banka transfertləri isə 3,9 milyard manatı ötüb.

Fond neft gəlirlərinin səmərəli idarə olunması və gələcək nəsillər üçün saxlanılmasını təmin edir

Ötən 25 il ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf etmiş beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib. Fəaliyyətə başladığı vaxtdan etibarən ARDNF qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib, bu öhdəlikləri layiqincə yerinə yetirib. 2001-ci ildə fondda 270 milyon dollar məbləğində vəsait vardısa, cari il aprelin 1-nə ARDNF-nin aktivləri 57 milyard 372,8 milyon ABŞ dollarına bərabər olub. Bu gün ARDNF tərəfindən həmin vəsaitlər səmərəli şəkildə idarə edilir, ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm layihələrin maliyyələşdirilməsi həyata keçirilir. Neft Fondu institusional cəhətdən formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınan və vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin olunması baxımından digər dövlətlərə öz təcrübəsini bölüşməyə qadir olan bir quruma çevrilir.

Şəffaflığın təmin edilməsi baxımından öz təcrübəsini digər dövlətlərlə paylaşmağa qadir qurum

Dövlət Neft Fondunun fəaliyyətinə ümumi nəzarət dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən təşkil edilmiş Müşahidə Şurası tərəfindən həyata keçirilir. Yaradıldığı gündən etibarən şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir və bu şəffaf fəaliyyətinin nəticəsi olaraq Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında ilk məhz Neft Fondu 2007-ci ilin mayında “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilib. Bununla yanaşı, ARDNF 2018-ci ilin oktyabr ayında Suveren Fondlar İnstitutu (SWFI) tərəfindən tərtib olunan dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib və dövlət vəsaitlərinin idarə edilməsi üzrə müxtəlif göstəricilər nəzərə alınmaqla 10-cu yerdə qərarlaşıb. Həyata keçirilən bütün tədbirlər sayəsində bu gün ARDNF nəinki Azərbaycan, eyni zamanda, beynəlxalq aləmdə institusional quruculuq, vəsaitlərin səmərəli idarə edilməsi, əməliyyatların şəffaflığı və informasiyanın açıqlığına görə fərqlənən və bu sahədə yüksək nüfuza malik qurum kimi tanınır. Neft Fondunun investisiya strategiyasının əsasını irihəcmli itkilərin minimuma endirilməsi şərtilə münasib gəlirliliyin əldə edilməsi təşkil edir.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi milli neft strategiyasına uyğun olaraq ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində ARDNF aktivləri ildən-ilə artan, beynəlxalq səviyyədə müasir standartlara cavab verən, şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini paylaşmağa qadir olan maliyyə qurumuna çevrilib, həmçinin Azərbaycanın nüfuzunun artmasına xidmət edən bir çox nailiyyətlər əldə edib. ARDNF bundan sonrakı fəaliyyətində də Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş yeni iqtisadi modelin dayanıqlılığını təmin etməyə öz töhfəsini verməyə və missiyasına sadiq qalaraq ölkənin tərəqqisi naminə çalışmaqda davam edəcək.
Yazı ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Paylaş:
Digər xəbərlər

Siyasət

7-06-2024, 13:32

Etibarlı tərəfdaşlıq

Siyasət

6-06-2024, 12:36

İqbal Məmmədov: "Bakı Enerji Həftəsinə İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir qatılırlar"

İqtisadiyyat

27-05-2024, 12:31

ÜDM-nin nominal məbləği dürüstləşmiş göstəricidən daha çox olacaq - Palata sədri

İqtisadiyyat

29-04-2024, 12:10

Xarici ticarət dövriyyəsi niyə azalır?

Siyasət

5-03-2024, 13:23

Azərbaycanın sülhə və əməkdaşlığa əsaslanmış enerji siyasəti

Yazarlar
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub
“Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb
“Nizami Gəncəvi İran ədəbiyyatşünaslığında (1920-1990)” monoqrafiyası nəşr edilib
Yazıçı-publisist Şamil Fərzəliyevin doğum günüdür
Hadisə
15-07-2025, 12:39
Xaçmazda “KamAZ” hasara çırpılıb, sürücü ölüb
3-07-2025, 12:05
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb
30-06-2025, 13:39
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
25-06-2025, 17:03
Polis bu qadını axtarır, görənlər xəbər etsin
19-06-2025, 12:00
Taleh Qaraşova sui-qəsd hazırlayana AĞIR CƏZA
18-06-2025, 11:48
Bakıda tanınmış rəssamın damarları kəsilmiş meyiti tapıldı
Son xəbərlər
  • 25-07-2025, 20:48
    XEBERGLOBALTV.AZ VEB SAYTİNİN DİREKTORU VƏ JURNALİSTİ ORXAN ƏHMƏDOV'A TƏZYİQLƏR DAVAM EDİR
  • 17-07-2025, 12:45
    Azərbaycan-Türkmənistan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır
  • 15-07-2025, 12:43
    Prezident İlham Əliyev: Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir
  • 15-07-2025, 12:42
    Emin Ağalarov Özbəkistanda “Sea Breeze” istirahət mərkəzinin tikintisi ilə bağlı özbək mediasının suallarını cavablandırıb
  • 15-07-2025, 12:40
    Media: Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər
  • 15-07-2025, 12:39
    Xaçmazda “KamAZ” hasara çırpılıb, sürücü ölüb
  • 10-07-2025, 17:03
    Daxili İşlər Nazirliyində altı ayın yekunları müzakirə olunub
  • 4-07-2025, 22:43
    Ictimaətin nəzərinə çatdırmaq istəyirik ki...
  • 3-07-2025, 12:10
    Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
  • 3-07-2025, 12:07
    Xalq artisti İslam Rzayevin anadan olmasının 90 illiyi qeyd edilib
  • 3-07-2025, 12:05
    Sabunçuda narkotiklərin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb
  • 2-07-2025, 14:00
    Ədliyye naziri Fərid Əhmədovun yeni təyinatı
  • 2-07-2025, 11:47
    Özbəkistan mediası: Daşkənd və Bakı çağırışlar dövrünün müttəfiqləridir
  • 2-07-2025, 11:45
    Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb
  • 2-07-2025, 11:43
    Tahir Gözelin “Green Tech”də Özbəkistanın kənd təsərrüfatı naziri ilə görüşü olub
  • 2-07-2025, 11:41
    AzMİU-nun yaradılmasının 50-ci ilində “Məzun günü” keçirilib
  • 1-07-2025, 11:07
    ÜST: Dünyada hər saat 100 insan tənhalıq səbəbindən vəfat edir
  • 1-07-2025, 11:03
    Hindistanda kimyəvi zavodda baş verən partlayışda ölənlərin sayı 34 nəfərə çatıb
  • 1-07-2025, 11:01
    BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı İspaniyada öz işinə başlayıb
  • 1-07-2025, 10:56
    Parlamentlərarası Forumun iştirakçıları Xivə şəhərində bir sıra tarixi-mədəni abidələrlə tanış olublar
  • 30-06-2025, 13:41
    Mərakeş parlamentariləri Ulu Öndərin məzarını ziyarət ediblər
  • 30-06-2025, 13:39
    Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
  • 30-06-2025, 13:36
    Azərbaycan gimnastları Polşada gümüş medallar qazanıblar
  • 30-06-2025, 13:28
    Rusiya ilə müharibədən əziyyət çəkən sadə odessalılar - REPORTAJ
  • 29-06-2025, 11:55
    Rusiyada azərbaycanlıların öldürülməsinə RƏSMİ REAKSİYA
  • 29-06-2025, 11:53
    "Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
  • 29-06-2025, 11:49
    Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir
  • 29-06-2025, 11:47
    Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
  • 26-06-2025, 14:42
    "Hüquq elmində yenilik- 18.06.2025-ci il tarixdə OMBUDSMAN əməkdaşlarının iştirakı ilə 9 saylı cəzaçəkmə müəssisəsində məhkum Rauf Rəhimovun Qanunlar Toplusu kitabının təqdimatı keçirildi "
  • 26-06-2025, 10:39
    Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 25-06-2025, 17:06
    Prezident İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb
  • 25-06-2025, 17:03
    Polis bu qadını axtarır, görənlər xəbər etsin
  • 25-06-2025, 16:57
    Kevin Medina: Xankəndiyə gəlmədən öncə bu cür heyrətamiz şəhərlə qarşılaşacağımı düşünməzdim
  • 25-06-2025, 16:54
    Özbəkistan Prezidenti ticarət marşrutlarının şaxələndirilməsi göstərişini verib
  • 24-06-2025, 23:26
    Elmar Əliyev kimdir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə