Britaniya paytaxtında mərkəzi London qalereyasından Benksi adı ilə tanınan ingilis rəssam-qrafitistin əsərini oğurlamaqda ittiham olunan iki nəfər hakim qarşısına çıxarılıb.
Metropoliten Polisinə istinadən xəbər verilir ki, oğurlanan əşya Benksinin "Qız və şar" adlı əsəri olub.
Hakim qarşısına çıxarılan şəxslərin növbəti məhkəməsi oktyabrın 9-na təyin edilib. Oğurlanan əsər artıq geri qaytarılıb.