• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bu gün Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür

Mədəniyyət

19-08-2025, 11:27

Aqustun 19-u Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 113-cü ildönümü tamam olur.

Qazax rayonunun Xanlıqlar kəndində anadan olan Mədinə Paşa qızı Dilbazi atasını erkən itirdiyindən Daş Salahlıda babası Mustafa ağanın yanında böyüyüb. Əhatə olunduğu mühit onun şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərib. 1920-ci ildə Bakıda - darülmüəllimata daxil olan Mirvarid oranı bitirdikdən sonra Biləcəridəki onillik dəmir yolu məktəbində və digər məktəblərdə müəllim işləyib. Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil almış bu gənc qız Quba partiya məktəbində müəllim işləyib, sonra isə Bakıda “Şərq qadını” jurnalında fəaliyyətə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib.

Mirvarid Dilbazinin “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci, “Bizim səsimiz” adlı ilk kitabı 1934-cü ildə nəşr edilib. Şairin “İlk bahar”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Xatirələr aləmində”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə “Seçilmiş əsərləri”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, uşaqlar üçün “Nağıllar”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”, “Abşeron bağlarında” və digər kitabları çapdan çıxıb.

Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Avey dağla söhbət” və digər poemaları, “Xocalı fəryadı”, “Məhsəti” pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”, “Lay lay”, “Azərbaycan elləri” şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir.

Doğma Azərbaycanı qarış-qarış gəzmiş şair onun hər guşəsinin gözəlliyini dərindən duya-duya, mənəvi dünyasından keçirərək bədiiləşdirməyə nail olub. Təbiətən kəndə doğma hisslərlə bağlı olduğu üçün zəhmət adamlarının saf mənəviyyatını da ilhamla qələmə alıb. İkinci Dünya müharibəsi dövründə onun qəhrəmanı - sevgilisinin yolunu intizarla gözləyən gənc qız, körpə balasının taleyi üçün narahat ana, arxa cəbhədə çətinliyə qatlaşan mərd qadın olub. Daha çox lirik şair kimi tanınan və sevilən Mirvarid Dilbazinin lirik “mən”i sevən, səadətini saf, təmiz məhəbbətdə axtaran, etibar, sədaqət timsalı olan bir qadındır. Bu qəhrəman aşiqindən vəfasızlıq görəndə qürurunu itirmir, əyilmir. Mirvarid Dilbazinin poeziyasında analıq dünyasının rəngarəng məqamları dərin emosionallıqla verilib. Belə şeirlərdə həm ana və övlad duyğularının, həm də mehriban nənənin nəvaziş və qayğılarının bədii inikasına rast gəlinir. Ana olmağı əvəzsiz bir səadət bilən Mirvarid Dilbazi özü haqqında “Şair və ana - tale iki şahlıq tacını bəxş etmiş ona” yazıb. Eyni zamanda, “Kişi anası ol ana olanda”, - deyən şair gözəl insani keyfiyyətlərlə zəngin, təkcə valideynin deyil, xalqının da sabahında layiqli varis ola biləcək bir övlad böyütməyi, tərbiyə etməyi ən böyük analıq şərəfi sayıb.

Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında XX əsrin sonlarındakı tarixi hadisələri dərindən yaşayaraq səciyyəvi lirik lövhələr yaradıb. Bu dövrdə şairin lirik “mən”i müdrik, qayğılı el anasıdır. Vətənin, xalqın taleyi ən ağrılı enişləri ilə onun varlığından keçərək şeirə çevrilir. Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, 20 Yanvar faciəsi ilə bağlı yazdığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.

Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.

Öz içindən yanan bir ocağam mən,

Yandıqca daha gur yanacağam mən!

- yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.

Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbaziyə 1979-cu ildə Azərbaycanda ilk qadın şair olaraq Xalq şairi fəxri adı verilib. O, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubiley mərasimində Ümummilli Lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

6-05-2025, 11:30

Bu gün akademik Rəfiqə Əliyevanın xatirə günüdür

Yazarlar

18-02-2025, 11:05

Yazıçı-publisist Şamil Fərzəliyevin doğum günüdür

Mədəniyyət

26-01-2025, 19:51

Tanınmış bəstəkar, Xalq artisti, professor Musa Mirzəyevin anadan olmasının 92-ci ildönümü tamam olur

Yazarlar

14-09-2024, 12:10

Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür

Yazarlar

10-07-2024, 11:51

Bu gün Azərbaycanın Xalq yazıçısı Sabir Əhmədlinin doğum günüdür

Yazarlar
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub
Hadisə
14-09-2025, 12:22
Külli miqdarda narkotik vasitə aşkar edilib
24-08-2025, 18:18
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
24-08-2025, 18:16
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
19-08-2025, 11:25
Nazirlik: Ötən gün axtarışda olan 108 nəfər saxlanılıb
18-08-2025, 23:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər haqda qərar verildi
2-08-2025, 12:33
Sabunçu rayonunda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar
Son xəbərlər
  • Dün, 11:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • Dün, 11:15
    Azərbaycan Prezidenti: Nikaraqua ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk
  • 14-09-2025, 12:26
    Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzalayıb
  • 14-09-2025, 12:24
    İqtisadi Şuranın növbəti iclası keçirilib, bir sıra vacib məsələlər müzakirə olunub
  • 14-09-2025, 12:22
    Külli miqdarda narkotik vasitə aşkar edilib
  • 14-09-2025, 12:19
    Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
  • 14-09-2025, 12:17
    MN: Gənc əsgərlərlə görüşə qoyulmuş müvəqqəti məhdudiyyət götürüldükdə ictimaiyyətə məlumat veriləcək
  • 14-09-2025, 12:15
    Bakı Dövlət Universitetinin nümayəndəsi Ege Universitetində görüşlər keçirib
  • 14-09-2025, 12:13
    Azərbaycanlı idmançı Alim Nəbiyev MMA-da debütünü inamlı qələbə ilə başlayıb
  • 14-09-2025, 12:11
    Meksikada yol qəzasında 15 nəfər həlak olub
  • 9-09-2025, 11:45
    Nazirlik rəsmisi: İctimai-iaşə obyektlərində növbəti monitorinqlərə start verilir
  • 9-09-2025, 11:42
    Ekspertlər İsveç şahzadəsinə məxsus uşaq kremini tənqid ediblər
  • 9-09-2025, 11:40
    Tədqiqat: Kosmosa uçuş insanın kök hüceyrələrinin qocalmasına səbəb olur
  • 9-09-2025, 11:31
    Azərbaycan Prezidenti: Neokolonializmin təzahürlərinin ifşa olunmasında səylərimizi qətiyyətlə davam etdirəcəyik
  • 9-09-2025, 11:28
    Prezident: Viza rejiminin ləğvi Azərbaycanla Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir
  • 8-09-2025, 16:13
    Prezident İlham Əliyev: Azərbaycan-Şimali Makedoniya münasibətləri xalqlarımızın mənafelərinə xidmət edir
  • 8-09-2025, 16:10
    Azərbaycan Prezidenti: Tacikistanla münasibətlərimizin səviyyəsi xalqlarımızın bir-birinə hörmət və etimadından irəli gəlir
  • 5-09-2025, 12:41
    Bəhreyn Nümayəndələr Şurasının Baş katibi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
  • 5-09-2025, 12:38
    Ombudsman Aparatında yüksək bal toplayan abituriyent və ictimai fəal gənclər üçün infotur təşkil olunub
  • 5-09-2025, 12:36
    Bu gün Xalq artisti Siyavuş Aslanın anadan olmasının 90-cı ildönümü tamam olur
  • 5-09-2025, 12:35
    Donald Tramp bu gün bəyanatla çıxış edəcək
  • 1-09-2025, 14:03
    Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
  • 1-09-2025, 13:48
    Azərbaycan Prezidenti: Biz qardaş Özbəkistanla əməkdaşlığımızı genişləndirmək əzmindəyik
  • 1-09-2025, 13:45
    Prezident: Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var
  • 1-09-2025, 13:42
    Türkiyə Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş olub
  • 31-08-2025, 11:20
    Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü olub
  • 31-08-2025, 11:16
    Bakıdan Ağdama 32 ildən sonra ilk sərnişin qatarı yola düşüb
  • 31-08-2025, 11:10
    Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anım günüdür
  • 30-08-2025, 11:59
    Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər bir sıra ölkələrin mediasında geniş işıqlandırılıb
  • 28-08-2025, 12:26
    Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
  • 28-08-2025, 12:22
    Kəngərlidə çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
  • 28-08-2025, 12:19
    Özbəkistan Xəzər dənizində yükdaşımaları üçün Türkmənistandan gəmilər almaq niyyətindədir
  • 26-08-2025, 15:03
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • 24-08-2025, 18:18
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
  • 24-08-2025, 18:16
    Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə