• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

BMT-də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə 4-cü Könüllü Milli Hesabatı təqdim olunub

Siyasət

16-07-2024, 15:19

Dünən BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında qurumun Yüksək Səviyyəli Siyasi Forumu keçirilib. AZƏRTAC-ın verdiyi məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə 4-cü Könüllü Milli Hesabatını təqdim edib. Hesabatda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində Azərbaycan Hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər, əldə olunmuş uğurlar, o cümlədən DİM-ə investisiyaların cəlb olunması mexanizmi, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, dayanıqlı və inklüziv inkişaf sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat öz əksini tapıb. Sahib Məmmədov bildirib ki, Azərbaycan ərazisi dünyada ən çox minadan çirklənmiş 5 ölkə sırasındadır: “Minalar işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesinə mane törətməklə yanaşı Azərbaycan vətəndaşlarının mina qurbanına çevrilməsinə səbəb olur. Bu məqsədlə Prezident İlham Əliyevin təşəbbüsü ilə 18-ci DİM irəli sürülüb və tərəfimizdən bu təşəbbüsün reallaşdırılması üçün 18-ci dayanıqlı inkişaf məqsədinin layihəsi hazırlanaraq yerli və beynəlxalq ictimaiyyətə təqdim olunub. 4-cü Könüllü Milli Hesabatda 18-ci DİM-in mahiyyəti və məqsədi ətraflı izah olunub”.
Sahib Məmmədov deyib ki, hesabat 2030-cu il gündəliyində göstərilmiş DİM-in icrası ilə bağlı yerli və qlobal çağırışların yumşaldılması istiqamətində vacib fəaliyyət planı təqdim edilir.
Nazir müavini əlavə edib ki, Azərbaycanın DİM ilə bağlı qətiyyətli öhdəliyi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində göstərilmiş milli inkişaf gündəliyinə daxil edilib. Qeyd olunub ki, DİM-ə uyğun olaraq son 10 ildə Azərbaycanda dayanıqlı artım müşahidə olunub, minimum əməkhaqqı 3 dəfə, orta aylıq gəlirlər 2 dəfə və minimum təqaüd 2,4 dəfə artıb.
Bildirilib ki, ekoloji davamlılıq Azərbaycanın inkişaf siyasətinin əsas hissələrindən birini təşkil edir və enerji keçidi Azərbaycanın yaşıl iqtisadiyyata keçid gündəliyində mərkəzi mövqedə durur. “Azərbaycanın hədəfi 2026-cı ilə kimi elektrik enerjisi istehsalı sahəsində bərpaolunan enerjinin payını 24 faizə çatdırmaqdır. Bu rəqəmin 2030-cu ilə kimi 30 faiz olması planlaşdırılır. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə əsasən Azərbaycan istixana effekti yaradan qaz emissiyalarının həcmini 40 faiz azaltmağı qarşısına məqsəd qoyub. Bununla yanaşı biz Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiya zonasına çevirməyi hədəfləmişik. Azərbaycan bu il COP29 tədbirinə ev sahibliyi edəcək. Bu baxımdan nəzərəçarpan nəticələrə nail olmaq üçün qlobal dialoqun və əməkdaşlığın asanlaşdırılmasındakı rolumuzu həlledici hesab edirik”,- deyə nazir müavini qeyd edib.
O bildirib ki, Azərbaycan dayanıqlı inkişafla bağlı öhdəliklərinə sadiqdir və qlobal tərəfdaşlarla birlikdə çiçəklənən və dayanıqlı gələcək naminə işləməyə hazırdır.
Daha sonra Sahib Məmmədov Yüksək Səviyyəli Siyasi Forum iştirakçılarının Könüllü Milli Hesabatla bağlı suallarını cavablandırıb.

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

3-07-2024, 11:31

Nazir müavini: Bu gün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi həmişəkindən daha vacibdir

Siyasət

24-05-2024, 12:26

Azərbaycanın dayanıqlı maliyyə sistemi qlobal çağırışların əsasını təşkil edir

Siyasət

8-05-2024, 12:46

“Slovakiya ilə strateji tərəfdaşlıq bəyannaməsi münasibətlərdə yeni səhifə açacaq” – Millət vəkili

Siyasət

8-05-2024, 12:44

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir

Gündəm / Siyasət

22-02-2024, 18:03

Sahibə Qafarova: “Təmiz ətraf mühit və yaşıl artım Azərbaycanın dayanıqlı inkişaf gündəliyinin əsas prioritet istiqamətlərindəndir”

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • 13-03-2026, 16:56
    Gəncə Şəhər Məhkəməsində ədalətli qərar
  • 13-03-2026, 16:54
    “Uğur Group İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 13-03-2026, 16:51
    “Uğur Gorup İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 4-03-2026, 02:30
    Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır
  • 28-02-2026, 18:17
    XİN Azərbaycan vətəndaşlarına müraciət edib: İsrailə səfər etməkdən çəkinin
  • 26-02-2026, 21:52
    26Fevral-Tarixin Qanli Səhifəsi
  • 23-02-2026, 06:46
    Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
  • 20-02-2026, 14:29
    Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 18-02-2026, 01:07
    UEFA Çempionlar Liqası: “Qalatasaray” “Yuventus”u böyük hesabla məğlub edib
  • 18-02-2026, 01:02
    Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
  • 16-02-2026, 14:57
    Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
  • 16-02-2026, 14:54
    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
  • 14-02-2026, 13:44
    Prezident İlham Əliyev Münxendə Azərbaycan mediasına müsahibə verib - VİDEO
  • 14-02-2026, 13:39
    Azərbaycan Prezidenti: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq
  • 6-02-2026, 13:33
    Azərbaycan Respublikasinin prezidenti cənab İlham Əliyevə
  • 3-02-2026, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • 3-02-2026, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə