• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Səttar Möhbalıyev: “Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti ilbəil yüksəlir”

Siyasət

25-06-2024, 12:56

“Xalqımızın qəhrəmanlıq salnaməsini yazan, tarixi missiyalarını şanlı qələbələrlə sona çatdıran Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ölkəmizdə böyük nüfuz sahibidir. Xalqımız onları qəhrəman hesab edir, hörmətlə yanaşır və xidmətlərini yüksək qiymətləndirir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın mükəmməl, güclü, yüksək döyüş ruhlu, Vətəni canından belə artıq sevən yenilməz Ordusu var. Təbii ki, bu Ordunu formalaşdıran, böyük inkişaf yoluna çıxaran müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev olub. O, hər zaman strateji saydığı bu sahəni diqqətdə saxlayırdı, hətta respublikamıza rəhbərlik etdiyi ötən əsrin 70-ci illərdə bu istiqamətdə mühüm işlər görmüşdü. 1971-ci ildə məhz Ulu Öndərimizin uzaqgörənliyi və gərgin zəhməti bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bundan sonra Azərbaycanda hərb sənətinə maraq xeyli artdı, yerli zabit kadrların hazırlanması prosesi geniş vüsət aldı. Bu məktəbin əhəmiyyəti həm də onda idi ki, müstəqilliyimiz bərpa olunduqdan sonra ordu quruculuğu işində əsas baza rolunda çıxış etdi. Odur ki, Silahlı Qüvvələrimizin inkişaf tarixi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsas hədəflərindən bir də nizami ordunun yaradılması idi. Onun bu istiqamətdə apardığı işlərin ilk göstəricisi isə uğurlu və son dərəcə əhəmiyyətli “Horadiz” əməliyyatı oldu. Bu əməliyyatın həm də önəmi o idi ki, ruh düşkünlüyünə uğramış, qələbəyə olan ümidləri tükənmiş xalqımızda inam hissi artdı, əsgər və zabitlərimizə güvən və etimad yüksəldi. Sözsüz ki, psixoloji üstünlük müharibə aparan dövlət üçün ən vacib məqamdır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, “Horadiz” əməliyyatından sonra Ermənistan atəşkəsə getməyə məcbur oldu və bundan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması və döyüş ruhunun yüksəldilməsi istiqamətində mühüm işlər görüldü: “1999-cu ildə Hərbi Akademiya yaradıldı, ordu quruculuğu beynəlxalq standartlara uyğunlaşdırıldı, Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, eləcə də “Planlaşdırma və analiz prosesi” proqramına, “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Hərbçilərimiz NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Eyni zamanda beynəlxalq sülhməramlı qüvvələrin tərkibinə qatılmaqla zəngin təcrübə qazandılar və NATO standartlarına uyğunlaşan Ordumuz beləliklə müasir və güclü bir orduya çevrildi”.
AHİK sədri qeyd edib ki, xalqımızın etimadını layiqincə doğruldan, Ulu Öndərin bütün istiqamətlərdə siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev ordu quruculuğunu da daim diqqət mərkəzində saxlayıb: “Görülən effektli işlər, aparılan davamlı islahatlar nəticəsində hərbçilərimizin peşəkarlığı, döyüş ruhu, mənəvi-psixoloji hazırlığı daha da artdı, ən müasir silah və texnika ilə Ordumuz təchiz edildi. Ardıcıl və sistemli şəkildə görülən işlər sayəsində Silahlı Qüvvələrimiz regionun ən güclü və mütəşəkkil ordusuna çevrildi. Beynəlxalq hesabatlarda belə Ordumuzun qüdrəti, mütəşəkkiliyi xüsusi olaraq qeyd olunur, Cənubi Qafqazda birinci, dünyada isə əlli ordu sırasında göstərilir. Təbii ki, bu, Prezident İlham Əliyevin bu sahəyə olan ali diqqətinin bariz nümunəsidir. 2016-cı ilin Aprel döyüşləri isə Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Düşmən təxribatına tutarlı cavab verilməklə yanaşı, 2 min hektardan çox ərazi düşməndən təmizləndi. Sonra Odumuz 2018-ci ildə Günnüt zəfərini çaldı, Naxçıvan istiqamətində 11 min hektardan artıq ərazi və Günnüt kəndi azad edildi. Bu qələbələr eləcə də qarşı tərəfə göstərdi ki, belə bir güclü Ordunun qarşısında tab gətirə bilməz və məğlubiyyət qaçılmazdır. Demək olar ki, sarsıdıcı zərbələr alan işğalçılar dərin ruh düşkünlüyünə uğradılar”.
“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin ən böyük missiyası isə tariximizdə parlaq səhifələr açan, yeni dövrün əsasını qoyan 44 günlük Vətən müharibəsi oldu. Bu bənzərsiz Qələbə ilə 200 illik münaqişə tarixə qovuşdu, 30 il davam etmiş müharibə Zəfərlə başa çatdı, xalqımız böyük Qələbənin sevincinə qərq oldu. Vətən hissini bütün duyğulardan üstün tutan əsgər və zabitlərimiz bu şərəfli yolda ölümdən belə çəkinmədilər, rəşadətlə döyüşərək işğalçı ordunu məhv etdilər. Planlaşdırılan bütün əməliyyatlar uğurla yekunlaşdı, tətbiq edilən taktikalar özünü doğrultdu. Bir sözlə, ikinci Qarabağ müharibəsində əsgər və zabitlərimizin şanlı döyüş yolunun hər bir addımı bizim qəhrəmanlıq salnaməmizdir və tariximizdə əbədi qalacaq. Eyni zamanda ötən ilin sentyabr ayında Qarabağda həyata keçirilən antiterror tədbirləri göstərdi ki, Azərbaycan əsgərinin aşa bilmədiyi sədd yoxdur, bu Ordu ildən-ilə güclənir və təcrübəsi artır”, - Milli Məclisin deputatı vurğulayıb.
Səttar Möhbalıyevin sözlərinə görə, Silahlı Qüvvələrimizin artan gücü bizi bir daha əmin edir ki, ölkəmizin müdafiə qüdrəti bundan sonra da yüksələcək, sərhədlərimiz daha etibarlı şəkildə qorunacaq, müstəqilliyimiz və dövlətimizin suverenliyi əbədi olacaq.

Paylaş:
Digər xəbərlər

Siyasət

25-06-2024, 13:01

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 25 iyun tarixli plenar iclasında çıxışı

Siyasət

5-06-2024, 11:51

Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsinə beynəlxalq maraq ildən-ilə yüksəlir”

Cəmiyyət

17-04-2024, 12:05

Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülü - Səttar Möhbalıyev

Cəmiyyət

6-04-2024, 18:52

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə görüş keçirilib

Siyasət

12-03-2024, 11:34

Səttar Möhbalıyev: “Azərbaycanla Qazaxıstan arasında münasibətlər dinamik inkişaf edir, strateji xarakter daşıyır”

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • Dün, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • Dün, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
  • 26-11-2025, 16:15
    Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM
  • 25-11-2025, 16:55
    GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
  • 22-11-2025, 21:56
    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 22-11-2025, 09:49
    22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI KİMİ QEYD EDİLİR
  • 21-11-2025, 15:42
    ƏDLİYYƏ İŞÇİLƏRİ 107 İLLİK PEŞƏ BAYRAMINI QEYD EDİR.
  • 21-11-2025, 14:43
    Prezidentin III Bakı Təhlükəsizlik Forumuna müraciəti və tədbirin Bəyannaməsi BMT sənədləri kimi yayılıb
  • 19-11-2025, 16:14
    Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi başlayıb
  • 18-11-2025, 22:09
    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib
  • 15-11-2025, 19:24
    Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - YENİLƏNİB
  • 15-11-2025, 19:12
    Erkən nigaha “Yox” – Uşaqların gələcəyi üçün vacib çağırış
  • 14-11-2025, 21:33
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 13-11-2025, 14:03
    Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
  • 12-11-2025, 16:53
    Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib - FOTO
  • 12-11-2025, 15:05
    Prezident İlham Əliyev: Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər
  • 12-11-2025, 14:58
    Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə