
Bu gün Xəbər Global Informasiya Agentliyinin çəkiliş qrupu Göygöl rayon Ərşad Məmmədov adına Üçtəpə kənd tam orta məktəbində olublar. Məktəbdə təlim-tərbiyə, nizam-intizam hər zaman olduğu kimi bu gün də qaydasında olub. Ziyarətimiz məktəbin təlim və tərbiyəsinə görə hər zaman seçilən 6a sinifinin Ədəbiyyat fənnindən tədbirinə təsadüf edib. Qeyd edək ki, tədbir nümunəvi pedaqoq, müqəddəs müəllim adını şərəflə daşıyan məktəbin direktoru Qocayev Hökmran Tapdıq oğlunun çıxışı və öz şagirdlərinə verdiyi töhfələrlə başlamışdır. Ardınca isə 6a sinif şagirdləri Sevinc Nuru qızının "Ağabəyim ağa" əsərini rollu oyunlarla canlandırıblar. Gələcəyimiz olan uşaqların elmi və bədii bacarıqlarının formalaşdırılması üçün keçirilən bu cür tədbirlər təsadüfi deyildi. Adı çəkilən məktəbin direktoru və dəyərli müəllim heyətinin səyləri nəticəsində demək olar ki, bütün dərslər şagirdlərin bilik və bacarıqlarının inkişafı naminə maraqlı keçirilməsi yönündədir. Bu günkü rollu oyun əsnasında nümunəvi dərslərdən birinin görüntülərini sizinlə paylaşırıq.