Kral Çarlz Böyük Britaniyada müsəlmanları və miqrantları hədəf alan irqçi iğtişaşlardan sonra əhalini qarşılıqlı hörmət və anlaşmaya çağırıb.
Bu barədə cümə günü, avqustun 9-da Bukingem sarayının nümayəndəsi məlumat verib. Bu, iğtişaşlar keçən həftə başlayandan bəri monarxın vəziyyətə ilk münasibətidir.
Kral polisə və fövqəladə hallar xidmətlərinə asayişi bərpa etmək səylərinə görə təşəkkür edib və icma təşkilatlarının bir neçə nəfərin təcavüzü və cinayətinə qarşı mübarizəsini alqışlayıb.
Sözçü Kral Çarlzın Baş nazir Kir Starmer və polis rəisləri ilə telefon danışığından sonra deyib: “Əlahəzrət Kral ümumi qarşılıqlı hörmət və anlaşma dəyərlərinin gələcəkdə də milləti gücləndirməyə və birləşdirməyə davam edəcəyinə ümid edir”.