Macarıstan parlamentinin bu gün İsveçin NATO-ya daxil olmasının ratifikasiyasına səs verəcəyi gözlənilir.
Bunu hakim FIDES partiyasının parlament fraksiyasının lideri Mate Koçsis deyib.
Bildirib ki, fevralın 26-da keçiriləcək sessiyanın gündəliyinə İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə daxildir. O əlavə edib ki, FIDES İsveçin tələbini dəstəkləməyi planlaşdırır.