Venesuela Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə ona qarşı planlanan sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.
Xarici KİV-ə istinadən xəbər verilir ki, o, bu barədə yerli telekanallardan birinə verdiyi müsahibədə deyib.
Qeyd edək ki, təkcə bu ay ərzində iki venesuelalı dövlət başçısına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
2024-cü ilin yanvarında isə ölkənin müxalifət partiyasının 32 üzvü ABŞ-nin köməyi ilə N.Maduroya qarşı sui-qəsd təşkil etməkdə ittiham olunaraq həbs edilib.
Xatırladaq ki, N.Maduro 2013-cü ildən Venesuelanın prezidentidir.