• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin komitə sədri ilə görüşüb

Gündəm / Siyasət

22-04-2024, 18:11

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin İqtisadiyyat Komitəsinin sədri Davit Sonğulaşvili ilə görüşüb. Görüşdə dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin inkişafından razılıq ifadə olunub.
Milli Məclisin sədri Sahibə Qafarova ortaq mədəni dəyərləri bölüşən xalqlarımızın əsrlər boyu bir yerdə, dostluq, mehriban qonşuluq şəraitində yaşadıqlarını qeyd edərək, ölkələrimiz arasındakı əlaqələrin də bu möhkəm təmələ əsaslandığını bildirib.
Söhbət zamanı bildirilib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və davamlı şəkildə inkişaf edir. Ölkələrimiz arasında münasibətlərin inkişafında ali və yüksək səviyyəli səfərlərin mühüm rolu qeyd olunaraq, vurğulanıb ki, ölkə liderlərinin qarşılıqlı səfərlərinin dinamikası onların bu əlaqələrə nə dərəcədə böyük əhəmiyyət verdiyini sübut edir.
Parlamentlərarası əlaqələrin Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkib hissələrindən biri olduğunu söyləyən Spiker Sahibə Qafarova deyib ki, bu gün qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Parlament sədrlərinin, nümayəndə heyətlərinin, dostluq qruplarının qarşılıqlı səfərləri bu əməkdaşlığın inkişafına mühüm təkan verib. Həmçinin, qanunvericilik orqanlarımızın komitələri arasında da yaxşı əməkdaşlıq təcrübəsinin formalaşdığı qeyd olunub.
Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycanla Gürcüstan arasındakı əməkdaşlıqda iqtisadi məsələlərin vacibliyi nəzərə alınaraq, qanunverici orqanlarımızın iqtisadi komitələri arasında əlaqələrin gücləndirilməsi həm parlamentlərimiz, həm də daha geniş mənada dövlət qurumlarımız arasında əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaradacaq.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin Azərbaycan Milli Məclisinin sədrinə salamlarını çatdıran Davit Sonğulaşvili Azərbaycanda növbədənkənar prezident seçkilərinin ölkəmizin bütün suveren ərazilərində uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, iki ölkə arasında əlaqələrin inkişafında qanunverici orqanların mühüm rolunu qeyd edib.
Görüşdə Qərbdə bir sıra beynəlxalq təşkilatlarda mövcud olan ikili standartlar tənqid edilib, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsinin zəruriliyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş:
Digər xəbərlər

Siyasət

22-04-2024, 18:07

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvlərinin Gürcüstan nümayəndə heyəti ilə görüşü olub

Siyasət

22-04-2024, 18:04

Milli Məclisdə görüş

Siyasət

2-04-2024, 20:06

Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburq şəhəri qubernatorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Siyasət

4-03-2024, 19:06

Milli Məclisin sədri Sahibə Qafarova Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Siyasət

23-02-2024, 13:54

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb

Yazarlar
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub
“Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb
“Nizami Gəncəvi İran ədəbiyyatşünaslığında (1920-1990)” monoqrafiyası nəşr edilib
Yazıçı-publisist Şamil Fərzəliyevin doğum günüdür
Hadisə
Bugün, 12:33
Sabunçu rayonunda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar
15-07-2025, 12:39
Xaçmazda “KamAZ” hasara çırpılıb, sürücü ölüb
3-07-2025, 12:05
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb
30-06-2025, 13:39
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
25-06-2025, 17:03
Polis bu qadını axtarır, görənlər xəbər etsin
19-06-2025, 12:00
Taleh Qaraşova sui-qəsd hazırlayana AĞIR CƏZA
Son xəbərlər
  • Bugün, 12:37
    Türkiyədə Azərbaycan qazının Suriyaya nəql olunma mərasimi keçirilir
  • Bugün, 12:34
    Baş Dövlət Yol Polisi İdarəsinin səhhətində ciddi problemlər olan sürücülərə müraciəti!
  • Bugün, 12:33
    Sabunçu rayonunda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar
  • Bugün, 12:31
    Türkiyədə İŞİD ilə əlaqədə şübhəli bilinən 26 nəfər saxlanılıb
  • Bugün, 11:32
    "Mirheyder Zeynalov" - Təhlükəli hekayə
  • 17-07-2025, 12:45
    Azərbaycan-Türkmənistan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır
  • 15-07-2025, 12:43
    Prezident İlham Əliyev: Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir
  • 15-07-2025, 12:42
    Emin Ağalarov Özbəkistanda “Sea Breeze” istirahət mərkəzinin tikintisi ilə bağlı özbək mediasının suallarını cavablandırıb
  • 15-07-2025, 12:40
    Media: Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər
  • 15-07-2025, 12:39
    Xaçmazda “KamAZ” hasara çırpılıb, sürücü ölüb
  • 10-07-2025, 17:03
    Daxili İşlər Nazirliyində altı ayın yekunları müzakirə olunub
  • 4-07-2025, 22:43
    Ictimaətin nəzərinə çatdırmaq istəyirik ki...
  • 3-07-2025, 12:10
    Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
  • 3-07-2025, 12:07
    Xalq artisti İslam Rzayevin anadan olmasının 90 illiyi qeyd edilib
  • 3-07-2025, 12:05
    Sabunçuda narkotiklərin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb
  • 2-07-2025, 14:00
    Ədliyye naziri Fərid Əhmədovun yeni təyinatı
  • 2-07-2025, 11:47
    Özbəkistan mediası: Daşkənd və Bakı çağırışlar dövrünün müttəfiqləridir
  • 2-07-2025, 11:45
    Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb
  • 2-07-2025, 11:43
    Tahir Gözelin “Green Tech”də Özbəkistanın kənd təsərrüfatı naziri ilə görüşü olub
  • 2-07-2025, 11:41
    AzMİU-nun yaradılmasının 50-ci ilində “Məzun günü” keçirilib
  • 1-07-2025, 11:07
    ÜST: Dünyada hər saat 100 insan tənhalıq səbəbindən vəfat edir
  • 1-07-2025, 11:03
    Hindistanda kimyəvi zavodda baş verən partlayışda ölənlərin sayı 34 nəfərə çatıb
  • 1-07-2025, 11:01
    BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı İspaniyada öz işinə başlayıb
  • 1-07-2025, 10:56
    Parlamentlərarası Forumun iştirakçıları Xivə şəhərində bir sıra tarixi-mədəni abidələrlə tanış olublar
  • 30-06-2025, 13:41
    Mərakeş parlamentariləri Ulu Öndərin məzarını ziyarət ediblər
  • 30-06-2025, 13:39
    Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
  • 30-06-2025, 13:36
    Azərbaycan gimnastları Polşada gümüş medallar qazanıblar
  • 30-06-2025, 13:28
    Rusiya ilə müharibədən əziyyət çəkən sadə odessalılar - REPORTAJ
  • 29-06-2025, 11:55
    Rusiyada azərbaycanlıların öldürülməsinə RƏSMİ REAKSİYA
  • 29-06-2025, 11:53
    "Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
  • 29-06-2025, 11:49
    Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir
  • 29-06-2025, 11:47
    Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
  • 26-06-2025, 14:42
    "Hüquq elmində yenilik- 18.06.2025-ci il tarixdə OMBUDSMAN əməkdaşlarının iştirakı ilə 9 saylı cəzaçəkmə müəssisəsində məhkum Rauf Rəhimovun Qanunlar Toplusu kitabının təqdimatı keçirildi "
  • 26-06-2025, 10:39
    Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 25-06-2025, 17:06
    Prezident İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə