• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Siyasət

13-03-2024, 19:04

Martın 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. İclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 6 məsələ daxil edilib.
Birinci məsələnin Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu deyən komitə sədri bildirib ki, sənəddə vergi orqanlarında xidmət edənlərin hüquqi vəziyyətinin daha da təkmilləşdirilməsi, işə qəbul qaydalarının daha da şəffaflaşması, eyni zamanda bu orqanlarda çalışanların stimullaşdırılması, sosial müdafiəsi ilə bağlı məsələlərin müasir tələblərə və təcrübəyə uyğun tənzimlənməsi təklif olunub. Qanun layihəsinin qəbulunun vergi orqanlarının peşəkarlığının artırılmasına, çalışanların maddi təminatının yaxşılaşmasına gətirib çıxaracağını söyləyən komitə sədri layihə barədə daha ətraflı məlumat vermək üçün sözü Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevaya təqdim edib.
Sənəddə təklif olunan dəyişikliklərin əsas istiqamətlərini deputatların diqqətinə çatdıran Samirə Musayeva işçilərin sosial müdafiəsi və maddi təminatı ilə bağlı tənzimləmələrdən söz açıb. O, bildirib ki, layihədəki dəyişikliklərin ikinci böyük istiqamətində vergi orqanlarında xidmətə qəbulla bağlı məsələlər tənzimlənir. Xidmət rəisi sənəddə təsbit olunan vergi orqanlarında vəzifəli şəxslərə xüsusi rütbələrin verilməsi, onların vəzifədə irəli çəkilməsi, başqa vəzifəyə keçirilməsi, rotasiyası qaydalarından, həvəsləndirmə və tənbeh tədbirlərindən bəhs edib, vergi işçilərinin iş rejiminin optimallaşdırılması, xidmətdə olmanın yaş həddi kimi digər zəruri tənzimləmələr barədə danışıb.
Layihənin müzakirəsində komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Mahir Abbaszadə, Rüfət Quliyev, Vüqar Bayramov, Aydın Hüseynov və Məzahir Əfəndiyev çıxış ediblər. Deputatlar qanun layihəsinin müsbət və mütərəqqi xarakter daşıdığını bildiriblər, sənədlə bağlı bəzi suallarını səsləndiriblər.
Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deputatların suallarına aydınlıq gətirəndən sonra layihə birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitə sədri Tahir Mirkişili Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, bildirib ki, qanun layihəsi sənaye, texnologiyalar parkı sahəsində vergi, sosial sığorta, gömrük tarifi və reklam qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Komitə üzvləri qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Gündəliyin 3-cü məsələsi olan “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd ölkəmizdə insanların həyat və sağlamlığının, dərman vasitələrinin istehlakçılarının hüquqlarının qorunması, dərmanların dövlət qeydiyyatı prosedurunun optimallaşdırılması, tələb edilən sənədlərin sayının azaldılması və sahibkarlıq subyektləri üçün prosesin sadələşdirilməsi məqsədilə hazırlanıb.
Sənədin müzakirəsində deputatlar Rüfət Quliyevin və Elnur Allahverdiyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Gündəliyin 4-cü məsələsi olan Mülki Məcəllədə və “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təqdim edib.
Şöbə müdiri bildirib ki, qanun layihəsi ipoteka və zaminlik sahəsində meydana çıxan məsələlərin tənzimlənməsi məqsədilə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında təsbit olunan hüquqi mövqelərə uyğun olaraq hazırlanıb. Qeyd olunub ki, “İpoteka haqqında” Qanuna ipotekaya xitam verilməsi əsasları sırasına yeni halın - ipoteka saxlayanın tələbdən və ya ipotekadan imtina etməsi halının daxil edilməsi təklif olunur. Mülki Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmuşdursa və müqavilə qüvvədə olduğu müddətdə borclu şəxs vəfat edərsə, bu halda borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə zaminin məsuliyyəti dayandırılır.
Layihənin müzakirəsində komitə sədri Tahir Mirkişili, deputat Mahir Abbaszadə, İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradov sənədlə bağlı fikirlərini bildiriblər. Sonra layihə birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Gündəliyin son iki məsələsi olan “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin ikinci oxunuşu haqqında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli məlumat verib O, bildirib ki, birinci oxunuşdan sonra sənədlərlə bağlı hər hansı bir təklif daxil olmayıb.
Yekunda bu qanun layihələri də ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Ziyad Səmədzadə, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəisi Anar Rzayev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş:
Digər xəbərlər

Siyasət

15-03-2024, 14:39

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 15 mart tarixli iclasında çıxışı

Siyasət

13-03-2024, 18:56

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Siyasət

11-03-2024, 11:11

Parlament diplomatiyası Milli Məclisin prioritetlərindəndir

Siyasət

5-03-2024, 20:02

Milli Məclisin iclasında

Siyasət

23-02-2024, 19:00

Milli Məclisin növbəti plenar iclası keçirilib

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • Dün, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • Dün, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
  • 26-11-2025, 16:15
    Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM
  • 25-11-2025, 16:55
    GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
  • 22-11-2025, 21:56
    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 22-11-2025, 09:49
    22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI KİMİ QEYD EDİLİR
  • 21-11-2025, 15:42
    ƏDLİYYƏ İŞÇİLƏRİ 107 İLLİK PEŞƏ BAYRAMINI QEYD EDİR.
  • 21-11-2025, 14:43
    Prezidentin III Bakı Təhlükəsizlik Forumuna müraciəti və tədbirin Bəyannaməsi BMT sənədləri kimi yayılıb
  • 19-11-2025, 16:14
    Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi başlayıb
  • 18-11-2025, 22:09
    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib
  • 15-11-2025, 19:24
    Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - YENİLƏNİB
  • 15-11-2025, 19:12
    Erkən nigaha “Yox” – Uşaqların gələcəyi üçün vacib çağırış
  • 14-11-2025, 21:33
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 13-11-2025, 14:03
    Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
  • 12-11-2025, 16:53
    Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib - FOTO
  • 12-11-2025, 15:05
    Prezident İlham Əliyev: Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər
  • 12-11-2025, 14:58
    Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə