• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin Əmək və sosial siyasət komitəsində

Siyasət

24-05-2024, 21:08

Mayın 24-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
İclası açan komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə 3 məsələ - “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) daxil edilib.
İlk iki məsələni müzakirəyə təqdim edərkən komitə sədri diqqətə çatdırıb ki, 2024-cü ilin Dövlət Büdcəsində formalaşan profisit büdcənin dürüstləşdirilməsinə ehtiyac yaradıb. Ona görə də komitə öz profilinə uyğun olaraq, icmal büdcənin tərkib hissəsi olan Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2024-cü il büdcələrində dəyişikliklərə rəyini bildirəcək.
Musa Quliyev diqqətə çatdırıb ki, 2024-cü ildə orta aylıq əməkhaqqı 980 manat proqnozlaşdırılıb, dəqiqləşmədə isə bu rəqəm 990 manat təşkil edir. Qeyri-büdcə sektorunda baş verəcək bu artımın hesabına Dövlət sosial müdafiə fondunun 2024-cü il üçün büdcəsində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləğinin dürüstləşdirilərək 190 milyon manat artacağı nəzərdə tutulub.
Bu məbləğin 160 milyon manatı dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləğinin azaldılmasına yönəldiləcək, 25 milyon manatı əmək pensiyalarının ödənilməsi xərclərinə, 5 milyon manatı fondun aparatının və yerli bölmələrinin saxlanılması xərclərinə əlavə ediləcək. Beləliklə, fondun büdcəsi 30 milyon manat artırılaraq 6 949,9 milyon manata çatdırılacaq.
Komitə sədri deyib ki, İşsizlikdən sığorta fondunun büdcəsində də 4 milyon 700 min manat artım nəzərdə tutulub. Cari ilin xərc məbləğində dürüstləşmə nəzərdə tutulmadığından, 2023-cü ilin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış hissəsi 4 700 000 manat azaldılaraq 53 253 200 manata endirilmişdir. Beləliklə, 2024-cü il üzrə İşsizlikdən sığorta fondunun dürüstləşmiş büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 184 676 800 manat təşkil edəcək.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, dəyişikliklərin aparılması Dövlət sosial müdafiə fondunun qeyri-büdcə sektoru üzrə daxilolmaların artımla icrası proqnozlarına əsaslanır. Artımın təqribən 0,4 faiz təşkil edəcəyini deyən nazir müavini dürüstləşmədə Dövlət Büdcəsindən transfertin həcminin azaldıldığına diqqət çəkərək, ümumiyyətlə bu göstəricinin fondun ümumi gəlirlərində 17 faizə qədər düşdüyünü qeyd edib. O, İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsində aparılan dəyişikliklərin istiqamətləri üzrə məlumat verib.
Komitə sədri gündəliyin 3-cü məsələsi olan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) müzakirəyə təqdim edərkən bildirib ki, sənəd Milli Məclisin sədri Sahibə Qafarovanın tövsiyəsi ilə komitənin genişləndirilmiş iclasında parlamentin bütün komitələrinin təmsilçiliyi ilə birinci oxunuşda geniş və ətraflı müzakirə olunub. Layihə Milli Məclisin plenar iclasında birinci oxunuşdan keçib.
Komitə sədri vurğulayıb ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən bütün dəyişikliklər vətəndaşlarımızın sosial rifahına xidmət edən dəyişikliklərdir. Təqdim olunan dəyişikliklər də vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına əsaslanmaqla sosial təminatı həyata keçirmək üçün hüquqi bazanın genişləndirilməsi, pensiya təminatında sosial sığorta prinsipinin daha da gücləndirilməsi və təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Musa Quliyev dəyişikliklərin elektron pensiya təminatının və proaktiv təyinatların çərçivəsinin genişləndirilməsi məqsədinə də xidmət etdiyini deyib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov layihənin plenar iclasda birinci oxunuşda müzakirəsində deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, sənədin hərbi qulluqçulara əmək pensiyasının təyin olunması, hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətləri barədə ətraflı məlumat verib.
Layihələrin müzakirəsində komitə üzvləri Vüqar Bayramov, Soltan Məmmədov, Arzu Nağıyev, Ziyad Səmədzadə, Aqil Məmmədov çıxış ediblər, artımları dəstəklədiklərini bildiriblər, onların parametrləri, fondların gəlir mənbələri və xərc istiqamətləri, hərbçilərin sosial müdafiəsi və pensiya təminatının bəzi aktual məsələləri ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər, suallarını cavablandırıblar.
Deputatlar müzakirə olunan hər üç qanun layihəsini baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda deputatlar Əziz Ələkbərov, Sevinc Hüseynova, İlham Məmmədov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Əli Mövsümov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş:
Digər xəbərlər

Siyasət

21-05-2024, 13:05

Deputatlar 11 məsələ barədə qərar verəcək

Siyasət

26-04-2024, 12:51

Əmək və sosial siyasət komitəsinin iclasında

Siyasət

2-04-2024, 20:12

Milli Məclisin 2024-cü il 5 aprel tarixli iclasının gündəliyi

Siyasət

2-04-2024, 14:40

Əmək və sosial siyasət komitəsinin iclasında

Siyasət

13-03-2024, 19:04

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • 13-03-2026, 16:56
    Gəncə Şəhər Məhkəməsində ədalətli qərar
  • 13-03-2026, 16:54
    “Uğur Group İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 13-03-2026, 16:51
    “Uğur Gorup İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 4-03-2026, 02:30
    Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır
  • 28-02-2026, 18:17
    XİN Azərbaycan vətəndaşlarına müraciət edib: İsrailə səfər etməkdən çəkinin
  • 26-02-2026, 21:52
    26Fevral-Tarixin Qanli Səhifəsi
  • 23-02-2026, 06:46
    Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
  • 20-02-2026, 14:29
    Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 18-02-2026, 01:07
    UEFA Çempionlar Liqası: “Qalatasaray” “Yuventus”u böyük hesabla məğlub edib
  • 18-02-2026, 01:02
    Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
  • 16-02-2026, 14:57
    Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
  • 16-02-2026, 14:54
    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
  • 14-02-2026, 13:44
    Prezident İlham Əliyev Münxendə Azərbaycan mediasına müsahibə verib - VİDEO
  • 14-02-2026, 13:39
    Azərbaycan Prezidenti: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq
  • 6-02-2026, 13:33
    Azərbaycan Respublikasinin prezidenti cənab İlham Əliyevə
  • 3-02-2026, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • 3-02-2026, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə