Avropada ən çox qanunsuz miqrant Böyük Britaniyada yaşayır.
Bu barədə “The Daily Telegraph” Oksford Universitetinin mütəxəssislərinin araşdırmasına istinadla məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyada 745 minə qədər qeyri-qanuni immiqrant var ki, bu da Fransadan təxminən 2,5 dəfə çoxdur. Fransada 300 minə yaxın qeyri-qanuni miqrant var.
Bu göstərici üzrə ikinci yeri 700 minə qədər qeyri-qanuni miqrantın yaşadığı Almaniya tutur.
İlin əvvəlindən Böyük Britaniyaya 26,6 min qeyri-qanuni immiqrant La-Manş boğazı boyunca qayıqlarla gəlib. Bu da eyni dövr üçün ötən ilin göstəricilərindən 5 faiz çoxdur. Oktyabrın 5-də krallığa qeyri-qanuni yollarla 973 nəfər daxil olub - bu il rekord yüksək gündəlik göstəricidir.