• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Brüssel şousu Ermənistanın taleyini dəyişdi: Bakı indi “ağa”larla danışır

Siyasət

8-04-2024, 11:31

Brüsseldəki görüş Ermənistan üçün dərs olmadı. Baş nazir Nikol Paşinyan və komandası hələ də Qərbin vədlərinə güvənir, ABŞ-Fransa-Avropa İttifaqı triosunun ermənilərin təhlükəsizliyinə tam təminat verdiklərini düşünürlər.
Qərb ermənilərin mahiyyətini anladı və gördü ki, rəsmi İrəvan pul, təhlükəsizlik təminatı, silah, hərbi texnika və s. istəməyi siyasi yaşam tərzinə çevirib.
Bölgə dövlətləri isə Brüssel görüşündən dərs aldılar. Xeyr, Ermənistanla bağlı heç bir illüziya yox idi, ola da bilməzdi.
Konkret olaraq bir daha sübut edildi ki, Qərbin vədləri real işlərdən dəfələrlə cazibədardır.
ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 5-də Brüsseldə keçirilmiş görüş, aparılmış müzakirələrlə bağlı Vaşinqton, Brüssel və İrəvan rəsmi açıqlamalar verdilər.
Görüşün sonucu, müzakirə edilən məsələlər barədə bəyanatlar səsləndi.
Görüşdə ABŞ və Avropa İttifaqının Ermənistanea hərbi-texniki yardım proqramı barədə heç nə deyilmədi. Ancvaq bu, görüşdə həmin məsələnin nəzərdən keçirilməməsi anlamına gəlməməlidir.
"Politico"nun verdiyi məlumata görə, görüş əsnasında N.Paşinyan Azərbaycanın son vaxxtlarda aldığı hərbi texnika və silahlar barədə Blinkenlə Lyaynenə "informasiya verərək vəziyyəti geniş şərh edib".
Deduktiv metodologiyanı iş salmağa lüzum yoxdur: aydındır ki, "Azərbaycanın sürətlə silahlanaraq ordusunun hücum potensialını artırdığını" vurğulayan Paşinyan bunun müqabilində Ermənistanın "təhlükəsizliyinin təminatı üçün" ABŞ və Avropa İttifaqından silah-sursat və hərbi texnika istəyib.
Şübhə etmirik ki, "Azərbaycanın silahlanması"nın müqabilində N.Paşinyan "mümkün təhlükənin neytrallaşdırılması" üçün Qərbdən analoji silahlarla hərbi texnika, yaxud da total müdafiə vasitələri tələb edib.
Brüssel görüşü barədə deyilməyən başqa məqamlar Rusiyanın Ermənistana geosiyasi, iqtisadi, siyasi, maliyyə, mediativ, hərbi və s. təsiri imkanlarının azaldılması, Azərbaycanla sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesində Ermənistanın mövqelərinin gücləndirilməsi, Ermənistan cəmiyyətində Rusiyaya qarşı yönəlmiş meyllərin və əhval-ruhiyyənin artırılması, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sıralarını Ermənistanın mümkün qədər tez tərk etməsinə nail olmaq da vardı.
Bununla yanaşı, ABŞ və Avropa İttifaqı Ermənistanı bölgəmizdə geosiyasi forpostuna döndərmək, Cənubi Qafqazdakı proseslərə İrəvan vasitəsilə ciddi təsir etmək, Ermənistanın Avrasiya İqtisadi Birliyini tərk etməsinə və İrəvanın Moskva ilə imzaladığı ikitərəfli strateji anlaşmaları denonsasiya etməsinə nail olmaq da müzakirə edilib.
Rəsmi İrəvan bəyan edir ki, Brüssel görüşünün nəticələrindən razıdır, aparılan müzakirələr ermənilər üçün uğurlu olub, İrəvanın gözləntiləri doğrulub.
Etiraf etməliyik ki, Nikol Paşinyan administrasiyasının mənsubları istəklərinə qismən də olsa, çatıblar.
Onlar son 32 ildə Ermənistan üçün "böyük qardaş", hami, dayaq, ən əsası isə iqtisadi və geosiyasi təhlükəsizliyin təminatçısı rolunu oynamış Rusiyanı indi ABŞ, Fransa və Avropa İttifaqı ilə əvəzləməyə çalışırlar.
Daha doğrusu, bu istiqamətdə aktiv fəaliyyət göstərirlər.
Son iki əsrdə 14 (!) dəfə olduğu kimi, bu dəfə də ermənilər şirnikləndirici vədlərə aldanaraq özlərini yeni problemlərlə üzbəüz qoyacaqlar. Paşinyan komandası Ermənistan vətəndaşlarına Qərbin yardımlarını və dəstəyini qazandığını deyir.
Qərb yekcins deyil və ələlxüsus da Cənubi Qafqazda ABŞ-ın və Avropa İttifaqının, xüsusilə də Aİ-yə liderlik etmək iddiasında olan Fransanın maraqları tamamilə fərqlidir.
Onların hər biri Ermənistan üzərində təsiri inhisarlaşdırmağa, öz əllərində cəmləşdirməyə, İrəvanı tam nəzarət altında saxlamağa çalışır.
ABŞ-ın maraqlarını təxminləmək çətin deyil: Cənubi Qafqazdan Rusiyanın çıxarılması, bölgə ölkələri üzərində təsir mexanizminə Ermənistanın da əlavə vasitə qismində qatılması, Ermənistanla İran arasındakı aktiv əlaqələrə son qoyulması və s.
İranla həddən ziyadə aktiv təmaslarda olan, hətta rəsmi Tehranın “Ermənistanın sərhəd toxunulmazlığı və təhlükəsizliyi bizim qırmızı cizgimizdir” dediyi İrəvanın belə mövqeyinin Qərb tərəfindən indiyədək zahiri laqeydliklə qarşılanmasının səbəbi də məhz Birləşmiş Ştatların mövqeyidir.
Vaşinqton indiyədək İrəvan-Tehran əlaqələrinin kəsilməsini ermənilərdən tələb etməməklə onların Rusiyanın asılılığından çıxmasınm sövq edilməsi ilə məşğul olub. Yəni ermənlərin Tehranla təmaslarını amerikalılar bölgədə Rusiyanın Ermənistana təsirinin azaldılmasına yönəltməyə çalışıblar və indi də belədir.
Fransanın Ermənistanı dəstəkləməkdə, silahlandırmaqda və daha aqressiv-radikal mövqe tutmağa sövq etməkdə məqsədi bölgəmizdə Azərbaycan-Türkiyə tandeminin möhkəmlənməsinə imkan verməmək, Azərbaycanın İsraillə çox sıx əlaqələrindən dolayı Təl-Əvivin regional proseslərdə iştirakını miniuma edirmək, Hindistanı Ermənistana silah-sursat və hərbi texnika tədarükünə məcbur etməklə Pakistanın Cənubi Qafqazla bağlı planlarının reallaşmasının qarşısını almaqdır.
Avropa İttifaqına gəldikdə, Brüssel amerikalılarla fransızlar arasında barraj vuraraq hər iki tərəfin maraqlarını nəzərə almağa, eyni zamanda tərəfləri geridə qoyaraq Ermənistan ərazisindən öz mənafeyi üçün yararlanmağa can atır.
ABŞ, Fransa, Avropa İttifaqı, Rusiya və İran arasındakı rəqabət meydançasına çevrilməkdə olan Ermənistan sürətlə forpost statusunu itirərək marionet vassal səviyyəsinə enir və böyük güclərin geosiyasi layihələrinin reallaşdığı məkana dönür. Beləcə, İrəvan Azərbaycan və Türkiyə ilə müqavilələr imzalayaraq dövlət subyektliyini gücləndirmək əvəzinə, özünü daha da zəiflədir.
Halbuki Bakı hələ 6 il əvvəl İrəvana şans vermişdi: 2018-ci ildə Ermənistandakı çevriliş nəticəsində hakimiyyətə gətirilmiş Nikol Paşinyanın mövqelərinin möhkəmlənməsini gözləyən Bakı sonradan Düşənbədəki danışıqlarda da mövqeyinii təsdiqlədi, 2018-ci ilin dekabrında Ermənistanda keçirilmiş parlament seçkiləri ərəfəsində təmas xəttində sakitliyi təmin etdi.
Amma Nikol Paşinyan bunu anlamadı, erməni hərbi kontingentini Suriyaya yolladı, daha sonra Rusiya Sülhməramlı Qüvvələrinin (RSK) Qarabağdakı fəaliyyət mandatını imzaladı, Qarabağdakı separatçı xuntaya dəstəyi davam etdirdi, Ermənistan qoşunlarını Azərbaycan ərahisindən çıxarmadı, Azərbaycanla şərti dövlət sərhədində Rusiya hərbçilərinə yeni mövqelər inşa etməyə icazə verdi, Xankəndində Ruben Vardanyanın idiotik “siyasi fəaliyyət”inə şərait yaratdı və s.
Brüssel görüşü ərəfəsində ilk olaraq ABŞ-ın dövlət katibi Entoni Blinkenin, daha sonra Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıya zəng etməsi təsadüf deyil.
Əvvəllər Ermənistanla bağlı Moskvadan Bakıya zənglər edilirdi, indi Vaşinqton və Brüsseldən.
Səbəb sadədir.
İrəvanın “hami”ləri həmişə anlayıblar ki, marionetin dediklərinə Bakı inanmır, ciddi müzakirələr üçün havadarlar prosesə qatılmalıdır.
Mövcud vəziyyət Qərb və Azərbaycan arasında qarşıdurma təsiri bğışlaya bilər, amma belə deyil.
Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı danışıqlar davam edir.
Sadəcə, rəsmi Bakı indi daha çox İrəvanla yox, ermənilərin yeni hamiləri ilə danışıqlar aparır.
Geosiyasətdə isə “hami” kəlməsi əksər hallarda “ağa” mənasını kəsb edir.

Elçin Alıoğlu

Paylaş:
Digər xəbərlər

Dünya

10-04-2024, 13:03

Paşinyan real və “tarixi” Ermənistanın uyğunsuzluğunu bəyan etdi

Dünya

1-04-2024, 13:44

Mirzoyandan Ermənistanın NATO-ya üzvlük planları ilə bağlı AÇIQLAMA

Siyasət

29-03-2024, 12:18

Ermənilərə Brüssel tələsi: Qərb yeni səhvə doğru gedir

Siyasət

29-03-2024, 11:39

“Ermənistan bölgəni geopolitik maraqların savaş poliqonuna çevirir” – Millət vəkili

Siyasət

22-03-2024, 13:05

Ermənistan parçalana bilər: ermənilər qurban seçilib

Yazarlar
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub
Hadisə
14-09-2025, 12:22
Külli miqdarda narkotik vasitə aşkar edilib
24-08-2025, 18:18
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
24-08-2025, 18:16
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
19-08-2025, 11:25
Nazirlik: Ötən gün axtarışda olan 108 nəfər saxlanılıb
18-08-2025, 23:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər haqda qərar verildi
2-08-2025, 12:33
Sabunçu rayonunda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar
Son xəbərlər
  • 15-09-2025, 11:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • 15-09-2025, 11:15
    Azərbaycan Prezidenti: Nikaraqua ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk
  • 14-09-2025, 12:26
    Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzalayıb
  • 14-09-2025, 12:24
    İqtisadi Şuranın növbəti iclası keçirilib, bir sıra vacib məsələlər müzakirə olunub
  • 14-09-2025, 12:22
    Külli miqdarda narkotik vasitə aşkar edilib
  • 14-09-2025, 12:19
    Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
  • 14-09-2025, 12:17
    MN: Gənc əsgərlərlə görüşə qoyulmuş müvəqqəti məhdudiyyət götürüldükdə ictimaiyyətə məlumat veriləcək
  • 14-09-2025, 12:15
    Bakı Dövlət Universitetinin nümayəndəsi Ege Universitetində görüşlər keçirib
  • 14-09-2025, 12:13
    Azərbaycanlı idmançı Alim Nəbiyev MMA-da debütünü inamlı qələbə ilə başlayıb
  • 14-09-2025, 12:11
    Meksikada yol qəzasında 15 nəfər həlak olub
  • 9-09-2025, 11:45
    Nazirlik rəsmisi: İctimai-iaşə obyektlərində növbəti monitorinqlərə start verilir
  • 9-09-2025, 11:42
    Ekspertlər İsveç şahzadəsinə məxsus uşaq kremini tənqid ediblər
  • 9-09-2025, 11:40
    Tədqiqat: Kosmosa uçuş insanın kök hüceyrələrinin qocalmasına səbəb olur
  • 9-09-2025, 11:31
    Azərbaycan Prezidenti: Neokolonializmin təzahürlərinin ifşa olunmasında səylərimizi qətiyyətlə davam etdirəcəyik
  • 9-09-2025, 11:28
    Prezident: Viza rejiminin ləğvi Azərbaycanla Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir
  • 8-09-2025, 16:13
    Prezident İlham Əliyev: Azərbaycan-Şimali Makedoniya münasibətləri xalqlarımızın mənafelərinə xidmət edir
  • 8-09-2025, 16:10
    Azərbaycan Prezidenti: Tacikistanla münasibətlərimizin səviyyəsi xalqlarımızın bir-birinə hörmət və etimadından irəli gəlir
  • 5-09-2025, 12:41
    Bəhreyn Nümayəndələr Şurasının Baş katibi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
  • 5-09-2025, 12:38
    Ombudsman Aparatında yüksək bal toplayan abituriyent və ictimai fəal gənclər üçün infotur təşkil olunub
  • 5-09-2025, 12:36
    Bu gün Xalq artisti Siyavuş Aslanın anadan olmasının 90-cı ildönümü tamam olur
  • 5-09-2025, 12:35
    Donald Tramp bu gün bəyanatla çıxış edəcək
  • 1-09-2025, 14:03
    Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
  • 1-09-2025, 13:48
    Azərbaycan Prezidenti: Biz qardaş Özbəkistanla əməkdaşlığımızı genişləndirmək əzmindəyik
  • 1-09-2025, 13:45
    Prezident: Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var
  • 1-09-2025, 13:42
    Türkiyə Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş olub
  • 31-08-2025, 11:20
    Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü olub
  • 31-08-2025, 11:16
    Bakıdan Ağdama 32 ildən sonra ilk sərnişin qatarı yola düşüb
  • 31-08-2025, 11:10
    Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anım günüdür
  • 30-08-2025, 11:59
    Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər bir sıra ölkələrin mediasında geniş işıqlandırılıb
  • 28-08-2025, 12:26
    Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
  • 28-08-2025, 12:22
    Kəngərlidə çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
  • 28-08-2025, 12:19
    Özbəkistan Xəzər dənizində yükdaşımaları üçün Türkmənistandan gəmilər almaq niyyətindədir
  • 26-08-2025, 15:03
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • 24-08-2025, 18:18
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır
  • 24-08-2025, 18:16
    Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə