• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”

Siyasət

27-05-2024, 11:43

“Ulu Öndər Heydər Əliyevin dövləti idarəçilik fəlsəfəsinin və Azərbaycanın inkişaf strategiyasının nüvəsində Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları dayanır. Ümummilli Liderin və onun siyasi kursunun davamçısı cənab İlham Əliyevin bütün siyasi fəaliyyəti yalnız xalqımızın mənafeyinə xidmət edib. Hər iki lider humanist və nəcib addımları, bağışlamaq qərarları ilə daşıdıqları vəzifəyə, şəxsiyyətlərinə böyük imic gətirib, xalqımızın dərin məhəbbətini qazanıblar. Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyev xalqımız tərəfindən ikinci dəfə hakimiyyətə gətirilənə qədər Azərbaycanda ölüm hökmü qalırdı. Məhz Heydər Əliyev gələndən sonra - 1993-cü ilin iyun ayından buna moratorium qoyuldu və 120-dən artıq şəxs barəsində olan ölüm hökmü icra edilmədi. O, bu cəzanı insan ləyaqətinə, insan hüquqlarına zidd hesab edirdi və demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirirdi. Odur ki, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü bilavasitə Ulu Öndərin təşəbbüsü ilə ləğv edildi. Bununla da Azərbaycan Şərq aləmində ilk dəfə ölüm cəzasını aradan qaldıran ölkə oldu. Bu, Azərbaycan vətəndaşına olan hörmət və ehtiramın, onun yaşamaq hüququnun qorunmasına və müdafiəsinə göstərilən ali münasibətin təzahürü idi”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Ümummilli Liderimiz ölkə prezidenti olarkən həm də əfv qərarları ilə minlərlə ailəyə sevinc bəxş edib: “Belə ki, Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, 7 amnistiya aktı qəbul edilib. O, hər bir Azərbaycan vətəndaşını azad, sərbəst, xoşbəxt görmək istəyirdi. Bu səbəbdən cinayət törətmiş insanları bağışlamaqla onlara özlərini təsdiq etmək, cəmiyyətin faydalı üzvlərinə çevrilmək üçün bir daha şans verirdi. Ulu Öndərin bu sahədə də fəaliyyətinə sadiq qalan dövlətimizin başçısı cənab İlham Əliyev 2003-2023-cü illər ərzində 37 əfv sərəncamı imzalayıb, eləcə də 5 amnistiya aktı qəbul edilib. 1995-ci ildən bu yana ümumilikdə əfv qərarları ilə 9788 məhkum bağışlanıb, ailələr sevinib, yaxınlar qovuşub. Bütün bunlar xalqımızın hər iki dahi oğlunun humanist və insanpərvərlik duyğularının göstəricisidir. Xatırlatmaq yerinə düşər ki, Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Ümumiyyətlə, 1995-ci ildən etibarən qəbul edilmiş 12 amnistiya aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum azadlığa çıxıb”.
“Dövlətimizin başçısı cənab İlham Əliyev ədalət və mərhəmət prinsiplərinə söykənərərək mayın 25-də daha bir əfv sərəncamı imzaladı. Sərəncamla 154 şəxs nicat tapdı, ailələri sevincə qərq oldu. İlk növbədə, sərəncamın Müstəqillik Günü ərəfəsində imzalanması Prezidentimizin Azərbaycanın tarixinə, müstəqilliyinə, dövlətçiliyinə verdiyi yüksək dəyəri göstərir. Bağışlamağı bacaran, humanist siyasəti ilə hər zaman nümunə olan İlham Əliyev cənabları 63 məhkumu cəzanın çəkilməmiş hissəsindən azad etdi, 52 məhkumun isə cəzasının çəkilməmiş hissəsini yarıyadək azaltdı. Eləcə də cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad olunub, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfərin cəzalarının çəkilməmiş hissəsi bağışlanıb. Habelə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Bunlardan başqa, islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad olunub, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb. Ümid edirəm ki, əfv sərəncamından yararlanan şəxslər, o cümlədən azadlığa qovuşanlar bundan əvvəl etdikləri səhvi bir də təkrarlamayacaqlar, dövlətimiz, cəmiyyətimiz və ailələri üçün faydalı olmağı bacaracaqlar. Onların arasında xeyli gənclər də var. Həmin gənclər qarşılarında açılan bu şansdan ən yaxşı formada istifadə etməlidirlər. Dövlətimiz tərəfindən ölkəmizdə gənclərə göstərilən diqqət, onların hərtərəfli inkişafı üçün yarardılmış şərait göz qabağıdadır. Azadlığa çıxan gənclər bu fürsətdən yarlanmalı, həyatlarını və fəaliyyətlərini düzgün istiqamətdə quraraq bir də qanundan kənara çıxmamalıdırlar”, - Milli Məclisin deputatı vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

11-05-2024, 19:35

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər

Cəmiyyət

11-05-2024, 19:05

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Siyasət

10-05-2024, 10:51

Heydər Əliyevin zəngin irsi: Bu günümüz və sabahımız üçün strateji yol xəritəsidir – Deputat

Siyasət

8-05-2024, 21:58

Prezident İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox böyük işlər görmüş və görəcəklər

Siyasət

9-04-2024, 11:13

Prezident İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox böyük işlər görmüş və görəcəklər

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • 13-03-2026, 16:56
    Gəncə Şəhər Məhkəməsində ədalətli qərar
  • 13-03-2026, 16:54
    “Uğur Group İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 13-03-2026, 16:51
    “Uğur Gorup İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 4-03-2026, 02:30
    Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır
  • 28-02-2026, 18:17
    XİN Azərbaycan vətəndaşlarına müraciət edib: İsrailə səfər etməkdən çəkinin
  • 26-02-2026, 21:52
    26Fevral-Tarixin Qanli Səhifəsi
  • 23-02-2026, 06:46
    Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
  • 20-02-2026, 14:29
    Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 18-02-2026, 01:07
    UEFA Çempionlar Liqası: “Qalatasaray” “Yuventus”u böyük hesabla məğlub edib
  • 18-02-2026, 01:02
    Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
  • 16-02-2026, 14:57
    Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
  • 16-02-2026, 14:54
    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
  • 14-02-2026, 13:44
    Prezident İlham Əliyev Münxendə Azərbaycan mediasına müsahibə verib - VİDEO
  • 14-02-2026, 13:39
    Azərbaycan Prezidenti: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq
  • 6-02-2026, 13:33
    Azərbaycan Respublikasinin prezidenti cənab İlham Əliyevə
  • 3-02-2026, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • 3-02-2026, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə