• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Siyasət

13-06-2024, 00:10

İyunun 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclası açaraq gündəliyə 6 məsələnin daxil olduğunu bildirib.
Tahir Mirkişili ilk üç məsələnin ikinci oxunuşda müzakirəyə təqdim edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri olduğunu deyib.
Komitə sədri, əvvəlcə, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
O, bildirib ki, 2024-cü ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərə əsasən, gəlirlərin 2 milyard 180 milyon manat artırılaraq 36 milyard 353 milyon manata, xərclərin 2 milyard 944,3 milyon manat artırılaraq 39 milyard 707,3 milyon manata çatdırılması, dövlət büdcəsinin kəsirinin isə 764,3 milyon manat artırılaraq 3 milyard 354,3 milyon manat olacağı planlaşdırılır.
Qeyd olunub ki, 2024-cü ilin 4 ayı üzrə aparılan təhlillər, eyni zamanda, işlərin icrası büdcə xərcləri qarşısında əlavə 3,8 milyard manat vəsaitin xərclənməsi üçün yeni tələbat yaradıb. Bunlardan 1 milyard 160 milyon manat işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, 1 milyard 184 milyon manat avtomobil yolları, su təchizatı, elektrik enerjisi və digər məsələlər, 807 milyon manat müdafiə və təhlükəsizlik, 498,8 milyon manat vəsait beynəlxalq münasibətlər və beynəlxalq fəaliyyət üçün nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, yenidən baxılan büdcə zərfində neftin 1 barrelinin qiymətinin 60 ABŞ dollarından 75 ABŞ dollarınadək artırılması, Ümumi Daxili Məhsulun artım tempinin 2,4%-dən 3,8%-ə yüksəlməsi, qeyri-neft-qaz sektorunda real artım proqnozunun 4.6%-dən 5.5%-ə qədər, neft-qaz sektorunda real artım proqnozunun isə -1.7%- dən +0.8%-ə dəyişdirilməsi proqnozlaşdırlır.
Məsələ ətrafında müzakirələrdə komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Vüqar Bayramov, Rüfət Quliyev, Aydın Hüseynov, Elnur Allahverdiyev çıxış edərək öz fikirlərini, qeyd və təkliflərini açıqlayıblar.
İclasda iştirak edək maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müşaviri Xaqani Abdullayev, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.
Sonra iclasda “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Layihəyə əsasən, Fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6949,9 milyon manata çatdırılmışdır. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160,0 milyon manat azaldılaraq 1232,0 milyon manat təşkil edəcəkdir.
Tədbirdə “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də nəzərdən keçirilib. Sənəddə işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0 manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur.
Hər üç qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Sonra komitə sədri gündəliyin 4-cü məsələsi olan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə təqdim edib. O, bildirib ki, məsələ birinci və ikinci oxunuşlarda kifayət qədər geniş müzakirə olunub. Diqqətə çatdırılıb ki, 2023-ci il dövlət büdcəsinin gəlirləri 33 890,5 milyon manat proqnoza qarşı 35 236,4 milyon manat təşkil edib. Gəlirlər proqnozla müqayisədə 4 faiz çox icra olunub. Keçən ilin dövlət büdcəsində təsdiq olunmuş 36 624.8 milyon xərcin 99.5%-i icra olunub.
Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov 2023-cü il dövlət büdcəsinin icrası ilə bağlı palatanın rəyini səsləndirərək bildirib ki, Hesablama Palatası tərəfindən rəyin tərtib edilməsi zamanı 158 qurum və 1 istiqamət üzrə 31,2 mlrd. manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər nəzərdən keçirilib. Bu, icra edilmiş dövlət büdcəsi xərclərinin 85,5%-ni təşkil edir. Palata sədrinin müavini ötən ilin büdcəsinin icrasının xərclər istiqamətləri ilə bağlı palatanın bəzi qeydlərini diqqətə çatdırıb.
Maliyyə nazirinin müavini Azər Bayramov 2023-cü il dövlət büdcəsinin icrasının xərclər istiqaməti ilə bağlı Hesablama Palatanın mövqeyinə münasibətini bildirəndən sonra qanun layihəsi üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra iclasda Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. Deputatlar əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsi məqsədilə hazırlanan bu qanun layihəsini də baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Gündəliyin sonuncu məsələsi olan Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxaran komitə sədri bildirib ki, layihədə ilk dəfə olaraq bir sıra elektron xidmətlərin göstərilməsi qaydaları təsbit olunub.
İclasda çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində görülən işlər, dövlət qurumlarında prosesləri 80% rəqəmsallaşdırmaqla kağızsız hökumətə keçidin təmini istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir müavini vurğulayıb ki, təqdim olunan layihə dövlət informasiya ehtiyatlarının və sistemlərinin göstərdiyi elektron xidmətlərin daha da təkmilləşdirilməsi və genişləndirilməsi məqsədi ilə hazırlanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyəti sədrinin müşaviri Şahin Əliyev qanun layihəsində təklif olunan elektron xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi (o cümlədən mygov tətbiqi) üzərindən təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatları və sistemlərində aparılan digər təkmilləşdirmələr və yeniliklər barədə məlumat veriblər. Bildirilib ki, təklif olunan dəyişikliklərə əsasən, dövlət informasiya ehtiyatlarında və sistemlərində mövcud olan nikah, doğum və ölüm haqqında şəhadətnamələr, şəxsiyyət vəsiqəsinə dair məlumatlar həmin sənədin fiziki daşıyıcıda təqdim edilməsi ilə bərabər hüquqi qüvvəyə malik olması təmin ediləcək. Fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi istisna olmaqla, fərdi məlumatların toplanılmasına və işlənilməsinə subyektlərin razılığının alınması və geri çağırılması mərkəzləşdirilmiş qaydada Elektron Hökumət İnformasiya Sistemi üzərindən həyata keçiriləcək.
Layihənin müzakirəsində komitə üzvləri Məzahir Əfəndiyev, Vahid Əhmədov, Məşhur Məmmədov, Vüqar Bayramov, Aydın Hüseynov çıxış ediblər, qeydlərini və suallarını səsləndiriblər.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavinləri Samir Məmmədov, Elmin Məmmədov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Anar Məmmədov, İqbal Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş:
Digər xəbərlər

Siyasət

22-06-2024, 13:16

Milli Məclisin növbədənkənar sessiyasının 2024-cü il 25 iyun tarixli iclasının gündəliyi

Siyasət

24-05-2024, 21:08

Milli Məclisin Əmək və sosial siyasət komitəsində

Siyasət

21-05-2024, 13:05

Deputatlar 11 məsələ barədə qərar verəcək

Siyasət

2-04-2024, 20:12

Milli Məclisin 2024-cü il 5 aprel tarixli iclasının gündəliyi

Siyasət

13-03-2024, 19:04

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • 6-02-2026, 13:33
    Azərbaycan Respublikasinin prezidenti cənab İlham Əliyevə
  • 3-02-2026, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • 3-02-2026, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
  • 26-11-2025, 16:15
    Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM
  • 25-11-2025, 16:55
    GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
  • 22-11-2025, 21:56
    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 22-11-2025, 09:49
    22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI KİMİ QEYD EDİLİR
  • 21-11-2025, 15:42
    ƏDLİYYƏ İŞÇİLƏRİ 107 İLLİK PEŞƏ BAYRAMINI QEYD EDİR.
  • 21-11-2025, 14:43
    Prezidentin III Bakı Təhlükəsizlik Forumuna müraciəti və tədbirin Bəyannaməsi BMT sənədləri kimi yayılıb
  • 19-11-2025, 16:14
    Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi başlayıb
  • 18-11-2025, 22:09
    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib
  • 15-11-2025, 19:24
    Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - YENİLƏNİB
  • 15-11-2025, 19:12
    Erkən nigaha “Yox” – Uşaqların gələcəyi üçün vacib çağırış
  • 14-11-2025, 21:33
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 13-11-2025, 14:03
    Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
  • 12-11-2025, 16:53
    Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib - FOTO
  • 12-11-2025, 15:05
    Prezident İlham Əliyev: Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə