• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mətbuatımızın çox dəyərli nümayəndələri, peşə bayramınız mübarək olsun

Yazarlar / Cəmiyyət

21-07-2024, 20:45

Rəşad Mahmudov
Milli Məclisin üzvü, tibb elmləri üzrə fəlsəfə doktoru

Yazıma "hər zaman apardığınız mücadilədə qalib Azərbaycan olsun" cümləsi ilə başlamaq istəyirəm.
1875-ci ildə xalqımızın maarifpərvər ziyalısı, görkəmli ictimai xadim Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin nəşri ilə təkcə milli mətbuatımızın əsasını yaratmadı, eləcə də xalqımızın milliləşmə məfkurəsinin oyanışında inqilab etməyi bacardı. İlk anadilli nəşrimiz olan “Əkinçi” milli maariflənmə işini mükəmməlcəsinə həyata keçirərək özündən sonra ləyaqətli estafet yaratdı. Beləliklə, “Əkinçi” məqsədli şəkildə elm, təhsildən uzaqlaşdırılan xalqımızın təfəkküründə dönüş nöqtəsi olaraq sonrakı illərdə millətin düşüncə sisteminin inkişafına təkan verdi. Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur şüarı ilə millət adına əməli iş görən Həsən bəyin şərəfli estafetini sonrakı illərdə
“Ah, unudulmuş Vətən, ah, yazıq Vətən” deyərək hayqıran Mirzə Cəlil
“Qeyrət” lə tamamlamağı bacardı və tərəqqimizə gur işıq saçdı.
“Əkinçi” qəzetinin Azərbaycan xalqının fikir tarixində özünəməxsus yeri var. Nəşrin qısa müddətdə mütərəqqi ideyaların mərkəzinə çevrilməsi də bunu təsdiqləyir. Azad və mütərəqqi fikirli müsəlman ziyalılarının da ilham mənbəyinə çevrilən “Əkinçi” qəzetinin fəaliyyətə başlaması təkcə Azərbaycan üçün deyil, bütün Qafqaz müsəlmanları üçün mühüm hadisə idi. Maarifçilik missiyası ilə haqsızlıqla, cəhalətlə mübarizə aparan qəzetin elm, təhsil və mədəniyyət mövzularına geniş yer ayırması, xalqı bilikli olmağa, cəhalətə boyun əyməməyə çağırması o dövrün ziyalıları tərəfindən rəğbətlə qarşılanırdı.
“Əkinçi” mövhumatı, geriliyi kəskin tənqid edirdi. Onun səhifələrində Qafqaz müsəlmanlarının sosial və mədəni vəziyyəti haqqında müxtəlif məqalələr dərc olunurdu ki, bu da inkişafa geniş meydan açırdı. Maarifçilik missiyasını üzərinə götürən qəzet qısa zamanda həm ziyalılar, həm də sadə insanlar arasında populyarlıq qazandı. Təsadüfi deyil ki, o dövrün görkəmli ziyalıları, yazıçıları qəzetlə əməkdaşlıq edir, vaxtaşırı məqalələr yazırdılar.
“Əkinçi” qəzetinin həmin dövr insanlarının sosial-mənəvi ideallarının formalaşmasında, onun sosial davranış normalarının mənimsənilməsində rolu xüsusilə böyükdür. Qəzetin cəmi 56 nömrəsi çap olunsa da, Azərbaycanda mətbəə ənənəsinin əsasını qoyan qəzet milli mətbuatın formalaşmasında və inkişafında əvəzsiz rol oynayıb. Buna görə də təsadüfi deyil ki, “Əkinçi” Azərbaycan ziyalılarının və xalqının ehtiyac duyduğu sıçrayış mexanizmi oldu, xalqımızın böyük iradə və fədakarlıq məktəbinə çevrildi. Ən əsası, milli demokratik jurnalistikanın gələcək inkişafı üçün möhkəm zəmin yaratdı.
Amma “Əkinci”nin ömrü qısa oldu. Çar Rusiyası qəzetin insanların maarifləndirilməsində, ictimai-siyasi proseslərlə daha yaxından tanış olmasındakı rolundan qorxdu və qəzetin nəşrini dayandırdı. Bununla belə, “Əkinçi”nin milli mətbuatımızın gələcəyinə saldığı maarifçilik işığı sönmədi, xalqını düşünənlərə mayak oldu.
Məhz “Əkinçi” ilə başlayan Azərbaycan mətbuatı yarandığı gündən hər zaman xalqın yanında olub. Böyük Həsən bəy Zərdabidən başlayan yol Xalq Cümhuriyyəti və ikinci dövlət müstəqilliyimizin qazanılmasında da eyni ləyaqətlə davam etdirilib. 44 günlük Vətən müharibəsində mətbuatımız haqq savaşımızın həqiqətlərini dünyaya çatdırmaqda misilsiz xidmətlər göstərdi, informasiya müharibəsinin qalibi oldu. Bu gün sürətli inkişaf dövrünə qədəm qoyan Azərbaycan dövlətinin dayaqlarından biri olan milli mətbuatımızla- xalqımızın ideoloji cəbhəsinin əsgərləri ilə haqlı olaraq fəxr edirik. Milli maraqlarımızın qorunmasını əsas vəzifəsi hesab edən jurnalistlərimiz alqışa layiqdir. Dostlar, peşə bayramınız bir daha mübarək. Hər birinizə və ailələrinizə sağlam, təhlükəsiz, xoş əhval-ruhiyyəli, ruzi bərəkətli, içində sevginin və mərhəmətin bol olduğu bir ömür arzulayıram. Hər zaman apardığınız mücadilədə qalib Azərbaycan olsun.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Yazarlar

19-07-2024, 13:30

Bakıda “Azərbaycan Milli Mətbuatı-149” adlı tədbir keçirili

Siyasət

15-06-2024, 13:52

Azərbaycan Prezidenti Qurban bayramı münasibətilə xalqını təbrik etdi

Siyasət

27-05-2024, 11:48

Qürur günümüz - 28 May

Siyasət

10-05-2024, 10:51

Heydər Əliyevin zəngin irsi: Bu günümüz və sabahımız üçün strateji yol xəritəsidir – Deputat

Cəmiyyət

13-03-2024, 10:20

Milli Müdafiə Universitetində respublika elmi-praktik konfransı keçirilib

Yazarlar
Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi açılıb
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Ramiz Duyğun VƏFAT ETDİ
Milli Kitabxanada folklorşünas-alimə həsr edilən kitab sərgisi açılıb
Hadisə
25-11-2025, 16:55
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ ƏBÜLFƏT VƏ ƏLƏMDAR YUSİFOV QARDAŞLARININ QANUNSUZ ƏMƏLLƏRİ İLƏ BAĞLI VEB SAYTİ VASİTƏSİLƏ BAŞ PROKURORLUGA MÜRACİƏT EDİLDİ.
12-11-2025, 14:58
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
11-11-2025, 13:36
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
10-11-2025, 11:42
Maşında sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO
4-11-2025, 21:21
Cəlilabadda atın avtomobilin qarşısına çıxması qəzaya səbəb olub, sürücü xəsarət alıb
15-10-2025, 11:42
DİN: Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib
Son xəbərlər
  • 13-03-2026, 16:56
    Gəncə Şəhər Məhkəməsində ədalətli qərar
  • 13-03-2026, 16:54
    “Uğur Group İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 13-03-2026, 16:51
    “Uğur Gorup İnşaat”MMC-nin direktoru Abid Əsədovdan Şeir…
  • 4-03-2026, 02:30
    Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır
  • 28-02-2026, 18:17
    XİN Azərbaycan vətəndaşlarına müraciət edib: İsrailə səfər etməkdən çəkinin
  • 26-02-2026, 21:52
    26Fevral-Tarixin Qanli Səhifəsi
  • 23-02-2026, 06:46
    Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
  • 20-02-2026, 14:29
    Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 18-02-2026, 01:07
    UEFA Çempionlar Liqası: “Qalatasaray” “Yuventus”u böyük hesabla məğlub edib
  • 18-02-2026, 01:02
    Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
  • 16-02-2026, 14:57
    Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
  • 16-02-2026, 14:54
    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
  • 14-02-2026, 13:44
    Prezident İlham Əliyev Münxendə Azərbaycan mediasına müsahibə verib - VİDEO
  • 14-02-2026, 13:39
    Azərbaycan Prezidenti: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq
  • 6-02-2026, 13:33
    Azərbaycan Respublikasinin prezidenti cənab İlham Əliyevə
  • 3-02-2026, 00:28
    Dövlət başçısı: Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir
  • 3-02-2026, 00:24
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 24-01-2026, 11:17
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 21:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 14:38
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 2-01-2026, 00:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 21-12-2025, 23:18
    Xırdalanda evdə üç nəfər huşsuz aşkarlanıb, dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya çatdırılıb - VİDEO
  • 21-12-2025, 23:13
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 21:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 22:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 22:00
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 19:08
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 18:54
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 21:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 12:17
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 21:56
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 22:17
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 18:38
    Bakıda “İKT Karyera Sərgisi” keçirilib
  • 29-11-2025, 13:57
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 21:38
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor və təsisçi: Orxan Əhmədov
  • Telefon: (+99450) 666 74 92
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xeberglobaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə